Əsas səhifə / Manşet / Şəkərburanın hazırlanması
Bizi mobildən daha sürətli  izləyin

Şəkərburanın hazırlanması

Tərkibi:

  • 1 kq un
  • 250 qr kərə yağı
  • 1 st. Süd
  • 2 yumurta
  • 100-120 qr xama
  • 1 ç.q. maya
  • 3 ç.q. şəkər tozu
  • 1 paket vanil və azca duz

İçlik üçün:

  • 400 qr. fındıq
  • 350-400 qr şəkər tozu
  • 1 paket vanil
  • 10-15 dənə hil

Hazırlanması:

Ələkdən keçirilmiş una yumurta, xama, maya və şəkər tozu ilə qarışdırırıq. Yağı yarım stəkan süddə əridirik. Soyuduqdan sonra una əlavə edirik. Daha sonra vanil, duz və südün qalan hissəsini əlavə edərək yoğururuq. Xəmiri yoğurduqdan sonra üzərini örtərək 30-40 dəqiqə gözlədirik. Xəmir hazır olduqdan sonra kiçik hissələrə bölərək kündələyirik. Kündələr təxminən böyük qoz ölçüsündə olmalıdır. Kündələri 3-4 mm qalınlığında yayırıq. Daha sonra qaşıqla içliyi xəmirin mərkəzinə qoyaraq kənarlarını bükürük. Bükülən hissənin arasında içliyin qalmamasına diqqət edin ki, bişərkən istinin təsirindən əriyən şəkər tozu şəkərburanın açılmasına səbəb ola bilər. Hazır şəkərburanın üzərini zövqünüzə görə bəzəyə bilərsiniz. Şəkəburaları yağlı kağız sərilmiş siniyə düzərək əvvəlcədən isidilmiş 150-160 dərəcəlik (yalnız sobanın alt hissəsi yandırılmalıdır) sobada bişirirk. Şəkərburaların altı qızılı rəngdə olduqda sobadan çıxarın. Şəkərburalar soyuduqdan sonra ağzı bağlı qabda saxlayın ki qurumasın.

İçliyin hazırlanması:

Qovrulmuş fındıqların qabığını təmizləyirik. Blender və ya fındıq üyüdənlə üyütdükdən sonra şəkər tozu, vanil və hillə qarışdırırıq.

Nuş olsun!