Əsas səhifə / Əsas menu / Sağlamlıq / Şəkərli diabet xəstələrinin tərəvəzi
Bizi mobildən daha sürətli  izləyin

Şəkərli diabet xəstələrinin tərəvəzi

lova

Yaşıl lobya sevilən tərvəz olmaqla yanaşı həm də sağlamlıq üçün faydalıdır.

Yaşıl lobyanın məlhəmlik dəmləməsini almaq üçün: 1 xörək qaşığı lobya dənələrini 1 stəkan isti suda, 10 dəqiqə qaynadın, sonra soyudub, tənzifdən süzün. Bu dəmləmə böyrək, sidik kisəsi, ürək zəifliyi, ateroskleroz, təzyiq, oynaq ağrıları (revmatizm) və podaqrada (gündə 3 dəfə 2 xörək qaşığı) yeməkdən sonra qəbul edilməlidir.

Şəkərli diabet, böyrək soyuqdəyməsi zamanı yetişmiş lobyaları suda isladıb, 10 dəqiqə duzsuz qaynadıb, gündə 3 dəfə yemək lazımdır.

Yaşıl lobya sidikqovucudur, böyrək və öddə daş və qum yaranmasının qarşısını alır.

Qədimdən “yaşıl lobya” çayı revmatizm, işiaz və podaqrada içilib.

Lobya şirəsi şəkərli diabet xəstələrinin sevimli şirəsi olmalıdır. Sübut olunub ki, bu şirə təbii insulin istehsalını artırır.

Lobyanın tərkibində elə element və pektinlər var ki, bağırsaqlarda yığılmış ağır duz, metal və toksiki, radioaktiv maddələri çıxarır. Ona görə də radiaktivlik dərəcəsi çox olan işlərdə çalışan, kompüter qarşısında çox olan adamlar həftədə bir dəfə yaşıl lobyadan yeməklər və şorba, pure yeməlidirlər.

Yaşıl lobya əsəblərə sakitləşdirici təsir göstərir, bu tərəvəzdən çox istifadə edən adamlar psixi cəhətdən daha sağlam və rahat olurlar.

Buna da baxın

Qışın qoruyucu qidası

Whatsapp ilə Paylaş Yay mövsümündə isti və nəm havalar enerjimizi tükədir. Bu havalarda da özümüzü …