Əsas səhifə / Manşet / Şəkərli diabet xəstəliyinin səbəbləri
Bizi mobildən daha sürətli  izləyin

Şəkərli diabet xəstəliyinin səbəbləri

Şəkərli diabet xəstəliyinin səbəbləri

seker

Son illərdə dünyadakı şəkər xəstələrinin sayı artdıqca, həkimlər də bunun səbəbləri üzərinde çalışırlar. Müasir dünyamızda dəyişən qida texnologiyası, əfsuslar olsun ki, bu xəstəlikdə də öz təsirini göstərir.

Türkiyə Metabolik Cərrahiyyə Fondunun Sədri Dosent Alper Çelik bu haqda belə məlumat verib: “Artıq yediyimiz yeməklər nazik bağırsağın son hissəsinə çatmadığı üçün tam həzm olunmur. Ona görə də bağırsağın son hissəsindəki faydalı hormonlar insulinin doğru istifadə edilməsinə kömək edə bilmir. Əsəb ve irsi faktorlar da buna əlavə edilincə, ortaya şəkər xəstəliyi çıxır”.

Şəkər xəstəliyi ilə mübarizədə əlbəttə ki birinci yol, doğru pəhriz və idmandır. Ancaq diabet xəstələrinin sadəcə 15%-i bu yolla şəkər səviyyəsini normada saxlaya bilir. Geridə qalan xəstələr üçün isə ən effektiv metod metabolik cərrahiyyə əməliyyatıdır. Türkiyədə 5 ildir bu əməlliyyatları aparan və 900-dən çox xəstəni diabetden azad eden Dosent Alper Çelik, son olaraq sədr olaraq iştirak etdiyi Amerikadakı “Weight Loss and Fitness Expo” tibb konqresində bu əməliyyatların müsbət nəticələrini elmi faktlarla sübut etdi.

Buna da baxın

Şəkərli diabetin ilkin simptomları

Whatsapp ilə Paylaş Şəkərli diabetin ilkin simptomları İldən ilə şəkərli diabet xəstəliyindən əziyyət çəkən insanların …