Əsas səhifə / Manşet / Şəkərsiz “Tort”
Bizi mobildən daha sürətli  izləyin

Şəkərsiz “Tort”

h

Tərkibi:

• 1/2 kq – qabaq

• 200 q – un

• 2 yumurta

• 1/3 ç q – qabartma tozu

• 200 q – kəsmik

• 3 x. q. – yoqurt

• 1 şirin bibər

• 100 qram – toyuğun döş əti

• Bitki yağı

• Bir qədər ovulmuş pendir

• Şüyüd, keşniş, duz və istiot – zövqə görə

Hazırlanma qaydası:

Sürtkəcdən keçirilmiş qabaqa yumurta, duz, istiot, bibər əlavə edib qarışdırın. Sonra qabartma tozu qatılmış un əlavə edib xəmir alınana qədər yoğurun.

Tavanı qızdırıb alınmış xəmirdən kökələr bişirin.

İçlik hazırlamaq üçün kəsmiyə yoqurt əlavə edib qarışdırın, sonra döyülmüş sarımsaq və doğranmış göyərti əlavə edin.

Təmizlənmiş bibəri və toyuq ətini kubik şəklində doğrayın.

Tortun formalaşdırılması:

Qabaq kökələrinə kəsmikdən hazırladığınız içliyi yaxın. Üzərindən bibər və toyuq qarışığını əlavə edin. Bunu bir neçə dəfə təkrar etdikdən sonra tortun üzərini hər tərəfdən kəsmik içliyi ilə tamamilə örtüb ovulmuş pendirlə bəzəyin.

Nuş olsun!