Əsas səhifə / Manşet / Şəkərsiz və unsuz keks resepti
Bizi mobildən daha sürətli  izləyin

Şəkərsiz və unsuz keks resepti

kkkkkk

Ləvazimatlar

2 ədəd yumurta

1 stəkan süd

1 xörək duru yağ

1 stəkan yulaf kəpəyi

1 yemək qaşığı yulaf əzməsi

3 xörək qaşığı üzüm bəkməzi

5 ədəd quru qaysı

1 yemək qaşığı quru quşüzümü

1 ədəd xurma

yarım çay qaşığı darçın

1 paket qabartma tozu

Hazırlanması

yull

Quru qaysıları kub şəklində doğrayıb, quşüzümü ilə birlikdə ilıq suyun içində 10 dəqiqə gözlədirik. Yumurta, süd və duru yağı dərin bir qabda yaxşıca qarışdırırıq. Xurmanı rəndələyib bəkməzlə birlikdə südlü qarışıma əlavə edirik. Yulaf kəpəyi, əzməsi, darçın və qabartma tozunu əlavə edib qarışdırırıq. Quru meyvələri süzüb,  əlavə edirik. Yulaf kəpəyinin qabarması üçün 10 dəqiqə gözlədirik.

Keks qəliblərini və ya orta böyüklükdə qabı yağlayır və keks xəmirini, bir barmaq boşluq qalacaq şəkildə qəliblərə tökürük. 180 dərəcə sobada, 35-40 dəqiqə bişiririk.

Qadinklubu.com

 

Buna da baxın

Ağlayan keks

Whatsapp ilə PaylaşTərkibi: 4 ədəd yumurta 1 su stəkanı şəkər 2 yemək qaşığı süd 1,5 …