Əsas səhifə / Əsas menu / Ailə / “Səni sevirəm” deməyin əyləncəli və romantik 20 yolu
Bizi mobildən daha sürətli  izləyin

“Səni sevirəm” deməyin əyləncəli və romantik 20 yolu

“Səni sevirəm” deməyin əyləncəli və romantik 20 yolu

Səni sevirəm demək nə qədər  xüsusidirsə,  bu sevgini başqa yollardan göstərməkdə bir o qədər əhəmiyyətlidir.  Qadinklubu.com sizin üçün səni sevirəm deməyin əyləncəli şəkildə yollarını araşdırdı. Əgər sevginizi monotonluqdan uzaq tutaraq,rəngarəng bir sevgi yaşamaq istəyirsinizsə, bu qaydalar sizlər üçün ideya baxımından çox əlverişli ola bilər.

  • Ürəyinizin səsini dinləyin! Çünki o səs, sizi hər zaman doğru olana çatdıracaq.

  • Onu sevdiyinizi hər gün söyləyin, O da sizə qarşılıq verəcəkdir.

  • Onu olduğu kimi sevin! Ən gözəl halı təbii halıdır.

  • Romantik sürprizlər edin, onun ürəyində sizə böyük bir yer açar.

  • Ona hər fürsətdə iltifat edin, ruhunu oxşamış olarsınız.

  • Musiqini açın və ritmə birlikdə ayaq uydurun. Rəqs edin!

  • Ona ən sevdiyi yeməyi hazırlayın! Unutmayın, müvəffəqiyyətli nəticə əldə etməsəniz də  sınamış olacaqsınız.

  • Saçlarını oxşayın, bu onun çox xoşuna gələcək.

  • Telefonlarınıza deyil, bir-birinizin üzünə baxın. Birlikdə internetsiz zaman keçirin.

  • Onunla oyunlar oynayın. Şirin rəqabət maralı olur.

  • Birlikdə ulduzları seyr edin.

  • Onu maraqlandıracaq və əyləndirəcək kiçik qeydlər yazın.

  • Xatirələr əhəmiyyətlidir, birlikdə çoxlu  fotoşəkil çəkməyi unutmayın.

  • Zarafatlaşma sevgidən gəlir. Zarafatlaşmaya laqeyd yanaşmayın.

  • Eyni hobbiləri əldə etmək, daha çox kefli zaman keçirmək deməkdir. Birlikdə hobbi əldə edin!

  • Xüsusi günləri unutmayın. İlk göz-gözə gəlişinizin tarixini belə unutmayın.

  • Əl-ələ tutmaq  güvən duyğusu verir.

  • Kiçik jestlər aradakı eşqi böyüdər. Jestlər edin!

  • Uzaqda vaxt keçirmək bir-birinizi daha yaxşı tanımaq üçün ən yaxşı üsul. Tətilə çıxın!

  • Yalnız bir öpüş! Çünki bir öpüş belə  hər şeyi dəyişdirə bilər.

Buna da baxın

Kənan Doğulu Berenə öpüşməyi qadağan etdi

Whatsapp ilə PaylaşKənan Doğulu Berenə öpüşməyi qadağan etdi Türkiyə mətbuatında bir müddətdir ki, reytinq rekordlarını …