Əsas səhifə / Manşet / Şabalıdı uzun müddət xarab olmadan saxlamağın qaydası
Bizi mobildən daha sürətli  izləyin

Şabalıdı uzun müddət xarab olmadan saxlamağın qaydası

Şabalıdı uzun müddət xarab olmadan saxlamağın qaydası

Şabalıd olduqca dadlı amma eyni zamanda tez də xarab olan bir qidadır. Bu səbəbdən də şabalıdı lazım olduğu qədər almaq bir çoxunun seçimidir. Bəs alındıqdan sonra artıq qalan şabalıdları necə qorumaq lazımdır? Bu barədə yəqin ki, bir çoxları zaman-zaman düşünmüşdür. Ona görədə qadınklubu.com sizlərə aldıqdan sonra artıq qalan şabalıdları saxlamaq və sonrakı istifadəyə qədər təzəliyini qorumaq üçün bir neçə üsul təqdim edir.

Şabalıdı paketlərdə soyuducunuzda mühafizə edin

Quru və təmiz bir soyuducu paketinin içərisinə şabalıdları qoyun və paketin ağzını möhkəm bağlayın. Ardından paketin üzərində 2-3 ədəd dəlik açın. Bu şəkildə hazırlanan paketdə yer alan şabalıdı 1 həftə boyunca soyuducuda saxlamaq olar. Bu tətbiqdə diqqət yetirməniz lazım olan mövzu paketin əsla nəmli olmamasıdır. Bir digər mövzu isə paketin içərisinə qoyacağınız şabalıd sayı çoxdursa və paket də böyüksə açacağınız dəlik sayını artıra bilərsiniz. Ancaq əlbəttə ehtiyac yoxdursa çox dəlik açmamağınız da son dərəcə əhəmiyyətlidir.

Şabalıdı hava keçirməyən qablarda dondurucuda saxlayın

Aldığınız şabalıdı bir həftədən daha uzun bir müddət təzəliyini qorumasını istəyirsinizsə, ya da daha sonra istifadə etmək istəyirsinizsə, fərqli bir saxlama metodundan istifadə etmək lazımdır. Bunun üçün hava keçirməz bir qaba şabalıdları yerləşdirməli və qabı möhkəmcə bağlamalısınız. Ardından bu qabı dondurucuya qoymalısınız. Dondurucuya qoyacağınız şabalıd bir ay boyunca təzəliyini qoruyacaq. Şabalıdları istifadə üçün çıxardığınızda əsla sobada ya da mikrodalğalı sobada buzunu açmağa çalışmayın. Şabalıdlar otaq temperaturunda buzdan açılmalıdır. Buradakı əhəmiyyətli nöqtə qabın quru olması, hava almaması və şabalıdların nəmli olmamasıdır.

Soyulmuş və bişirilmiş şabalıdları dondurucuda saxlayın

Uzun müddət şabalıdları saxlamaq istəyirsinizsə, onda şabalıdları soyub azca yağda qovurduqdan sonra aluminum paketə (folyo) və kağız paketə qoyub, dondurucuda bir neçə ay saxlaya bilərsiniz. Bu cür saxlanılmış şabalıdları bir neçə ay sonra belə çıxarıb istifadə edə bilərsiniz.