Əsas səhifə / Əsas menu / Gözəllik / Saç boyanızı ilk günki kimi saxlayan üsullar
Bizi mobildən daha sürətli  izləyin

Saç boyanızı ilk günki kimi saxlayan üsullar

g

Boyalı saçlar gözəlliyinizə rəng qata və sizi daha da gözəlləşdirə bilər.

Amma bu gözəlliyin də bəzi çətinlikləri vardır. Saçı boyayıb salondan çıxdığınızda saçlarınız gözəl göründüyü kimi bir həftə sonra həmin parlaqlığını itirər. Bunun qarşısını almaq ilk görünüşü saxlaya bilmək üçün qadınklubu.com sizlər üçün bəzi araşdırmalar apardı.

Saç kremi

Ammonyaksız saç kremləri saç boyanızı uzun müddət qoruyar. Saç rənginizə görə də saç kremi seçə bilərsiniz. İndi hər saçın rənginə uyğun saç kremləri tapmaq o qədər də çətin deyil.

Qırmızı boyalı saçlar daha tez solar

Qırmızı saç boyaları böyük molekullu olduqlarına görə saçdan daha tez axarlar. Böyük molekullar saçdan daha tez qopar və buna görə də tez-tez saç boyanızı yeniləmək məcburiyyətində qalarsınız. Bitki tərkibli baxım yağları ilə saç dərinizə masaj edərək saçlarınızın nəmliliyini və parlaqlığını artıra bilərsiniz.

Tez-tez yumayın

Saçlarınızın rənginin ömrünü uzatmaq istəyirsinizsə saçlarınızı tez-tez yumayın. Həftədə 2 ya da 3 dəfə yumaq yetərlidir.

Quru şampunlar

Əgər həftədə 2 ya da 3 dəfə saç yumaq bəs saçlarınız üçün uyğun deyil, saçlarınız tez yağlanırsa quru şampunlardan istifadə edin. Bu şampunlar saçdakı yağı azaldar və saçlarınızı quru göstərər. Saçlarınızı ön tərəfə əyin və saç diblərinizə quru şampun spreyi tətbiq edin.

Boyadıqdan sonra tez yumayın

Saçınızı boyadıqdan sonra yumaq üçün ən az 48 saat gözləyin.Boya saçınıza yaxşı hopması üçün.

Duş alarkən saçlarınızı qoruyun

Əgər saçlarınızı yumadan duş alacaqsınızsa, onda saçlarınızın islanmamasına diqqət edin.

Çox isti sudan uzaq olun

Çox isti su saç telinin rəngini açar. Saçlarınızı ya ilıq ya da soyuq su ilə yuyun.

Hər zaman şampuna ehtiyac yoxdur

Bəzən saçlarınızı yuyarkən şampundan istifadə etməyin. Birbaşa saç kremi istifadə edin. Bununla belə saçlarınız həm yumşaq, həm də nəmli qalacaq. Şampun kremdən daha çox saç rəngini açır. Çünki tərkibində təmizləyici maddələr çoxdur.

Şampun və saç kremi birləşməsi

Şampunla eyni tərkibli krem istifadə etməyə diqqət edin. Bununla şampunun təsirini yüksəltmiş olursunuz. Əgər rəng qoruyucu şampun istifadə edirsinizsə, saç kreminiz də rəng qoruyucu olmalıdır. Və ya saç qidalandırıcı şampun istifadə edilirsə, eynilə krem də eyni tərkibli olmalıdır.

Ən yaxşısı olduğuna əmin olun

Yaxşı bir şampun istifadə etməklə onsuzda kimyəvi təsirə məruz qalmış boyalı saçlarınızın sağlamlığına kömək edə bilərsiniz.

Sulfatsız şampun istifadə edin

Sulfatlı şampunların tərkibində duz vardır ki, bu da rəngin, nəmin itməsinə səbəb olur.

Dərin təmizləyiciləri boyadan əvvəl istifadə edin

Saçlarınızı boyamamışdan əvvəl saçdakı bütün qalıqları, sprey, kir və.s təmizləyən xüsusi şanpunlarla saçınızı yuyun. Beləkiklə, boya saç dərinizə daha yaxşı nüfus edər.Amma mütəmadi olaraq bu şampunlardan istifadə etməyin. Sadəcə saç boyamamışdan əvvəl istifadə edilməsi məsləhətdir.

Rəng solmasının qarşısını alan krem

Saçdan yumadan istifadə olunan kremlərdən istifadə edərək də saç rənginizi qoruya bilərsiniz.

Maskalar

Saçlarınıza boyadıqdan-boyanana qulluq etməyin. Evdə də mütəmadi olaraq lazımı qulluq və maskalardan istifadə edin.

İstilik qoruyucu

Saçlarınıza forma verməmişdən əvvəl (düzləşdirmək, burmaq və.s) istilik qoruyucu kremlərdən istifadə edin. Bu kremlər yüksək istiliyin saça ziyan verməsinin qarşısını alar.

İsti yağ müalicəsi

Qidalandırıcı yağınızı saçınıza çəkib isidilmiş dəsmalla sarıyın. Bu saçlara yağı hopturmaq üçün ən yaxşı üsuldur.Sonra soyuq su ilə saçlarınızı yuyun.

Kəpək şampunu

Əgər saçlarınızın boyaya qarçı allergiyası varsa, onda 1-2 yumadan sonra saçlarınızda kəpək əmələ gələcək. Ona görə boyadıqdan sonrakı ilk yumada kəpəyə qarşı olan şampunlardan istifadə edin.

Vitamin dəstəyi

Vitaminlər boyalı saçlara sağlamlıq və parlaqlıq qazandırmaq üçün ən yaxşı üsuldur. C vitamini saç diblərini qidalandıraraq qan dövranını yaxşılaşdırar. B vitamini zəyif saçları gücləndirir və toxumalarını inkişaf etdirər. Əgər çox diyet saxlayırsınızsa saç tökülməsinin qarşısını almaq üçün bu vitaminlərə ehtiyacınız ola bilər.

Yaş saça fen istifadə etməyin

Əgər saçlarınız yaşdırsa, fen istifadə etməyin, çünki, saçlarınız qırılıb, solğunlaşar. Saçlarınızın nəmini dəsmalla aldıqdan sonra az nəmli olduğu üçün fendən istifadə edə bilərsiniz.

Sağlam qidalanma

Tərkibində dəmirlə zəngin olan qidalar saçları gücləndirər, toxumalarını inkişaf etdirər və uzanmasına kömək edər olar. Yağsız ət, balıq, yağlı pendir, yumurta ağı, meyvə, tərəvəz, taxıl məhsulları kimi qidalardan çox istifadə edin.

Günəşdən qoruyun

Yazda mütləq saçlarınızi günəş şüalarından qoruyacaq saç qoruyucu kremlərdən istifadə edin.

Xlordan qoruyun

Hovuza getdiyinizdə saçlarınıza xlordan müdafiyə edən kremlərdən çəkin. Xlorlu su boyalı saçları tez korlayar.

Tez-tez boyatmaq

Saçları tez-tez boyamaq onlara ziyan verir. Ən ideal müddət 6 həftədən bir boyamaqdır.

Perma etdirməyin

Perma saça çox ziyanlıdır. Çünki tərkinbində çox kimyəvi maddələr vardır.

Qırıq saç ucları

Saçlarınızdakı saçqıranları tez-tez kəsdirin. Qırıq saç ucları saçlarınıza qeyri-sağlam və baxımsız bir görüntü qazandırar.

Möhkəm yığmayın

Saçlarınızı möhkəm topuz və ya at quyruqu düzümlərə məruz qoymayın. Çünki bu saç düzümündə saçlar havasız qaldığına görə tökülməyə başlayar.

Buna da baxın

Sağlam saçın yolu mədədən keçir

Whatsapp ilə Paylaş Sağlam və gözəl saçların ən böyük düşmənlərindən olan ultrabənövşəyi şüalarının yanında havanın …