Əsas səhifə / Əsas menu / Gözəllik / Saç möhkəmləndirən maska
Bizi mobildən daha sürətli  izləyin

Saç möhkəmləndirən maska

rtSaç möhkəmləndirən maska

Saçlarınızın tökülməsindən, zəif və incə telli olmasından şikayət edirsinizsə sizə saç möhkəmləndirən maska təklif edirik.

Həftədə 1 dəfə tətbiq olunan saç gücləndirici maska sayəsində həm saçlarınızın tökülməsi dayanacaq həm də yeni saç telləri çıxıb saçlarınız gurlaşacaq.

Ancaq, vurğulamaq istədiyimiz əhəmiyyətli nöqtə var: saç baxım maskasını ən az 3 ay ərzində etməlisiniz.

Tərkibi:

3 ədəd bildirçin yumurtası

2 yemək qaşığı sızma zeytunayağı

1 çay qaşığı sarımsaq yağı

1 çay qaşığı bənövşə yağı

1 çay qaşığı gicitkən otu yağı

1 kapsul E vitamini

Hazırlanması və tətbiqi:

Bütün vəsaitləri bir qabda yaxşıca qarışdırdıqdan sonra saç ucları və köklərinə masaj edərək sürtün. Saç gücləndirici maskanın bərabər dağılması üçün geniş dişli bir daraqla saçlarınızı darayın. Saçınızı sterçlə sarıb ən az 4 saat gözlədin.

Yaxalamaq üçün isti su istifadə etməyin!

Əhəmiyyətli nöqtə: Bu cür saç baxım yağlarında ən böyük problem saçdan təmizləməkdir. saçınızı islatmadan bir miqdar şampunu ovuc içinə alıb yüngül suyla incəldiv saçlarınıza sürtün. Şampunu saçınızda 2-3 dəqiqə gözlədib bol ilıq suyla durulayın.

İstəsəniz bu saç gücləndirici maskanı gecədən edib səhərə qədər saçınızda saxlaya bilərsiniz.


Buna da baxın

12 saatda bağırsaqlardakı bütün qurdları tökən KÜR

Whatsapp ilə Paylaş Portağal qabığının səhiyyə baxımından faydaları çox az bilinir. Portağal qabığında olan C …