Əsas səhifə / Əsas menu / Gözəllik / Saçqıranlara qarşı effektiv müalicə
Bizi mobildən daha sürətli  izləyin

Saçqıranlara qarşı effektiv müalicə

saç qıranlara qarşı effektiv müalicə

Saçınız, saç dəriniz çox qurudursa və buna görə saç uclarınız tez-tez qırılırsa  bunun qarşısını almaq üçün təbii yağlardan kömək ala bilərsiniz. Bəzi təbii yağlar saç köklərini gücləndirərkən saç tellərini yumşaldır və saçınızın təbii olaraq parıldamasını təmin edir. Zeytun yağı və badam yağı saç baxımında ən çox istifadə edilən  yağlar olsa da ,  jojoba yağı, bibəriyə yağı və lavanta yağı kimi yağlarla birlikdə istifadə edildiyində daha təsirli olur.

Saçınız çox qurudursa aşağıdakı baxım tətbiqlərindən birini həftədə 2 dəfə istifadə edə bilərsiniz. Saçlarınız əvvəlki sağlamlığına qovuşduqdan sonra həftədə 1 dəfə təbii yağ baxımı etməyiniz kafi olacaq. Yağ ilə qulluq etməyə başlamazdan əvvəl qırıqları kəsdirin çünki köhnə qırıqların düzəlməsi mümkün deyil.

Jojoba yağı

Jojoba yağı dəri tərəfindən asan əmilən bir yağdır. Saç dərisini yumuşaldır,  saç tellərini gücləndirərək qırılmağa qarşı dayanıqlı hala gətirər. Jojoba yağının digər faydası isə saçların tez yağlanmasının qarşısını alır.

 Jojoba yağı ilə saça qulluq üçün 10 damla jojoba yağını, 4 damla bibəriyə yağı, 5 damcı hind yağı, 3 damla kokos yağı ilə qarışdırın və barmaq uclarınızla masaj edərək qarışığı saç dərinizə tətbiq edin.

Bibəriyə  yağı

Saçın sağlam uzanmasını dəstəkləyən bibəriyə yağı qırıqları önləyir və saç köklərini gücləndirir. Eyni zamanda saça parlaqlıq və həcm verir.

Bibəriyə yağı ilə saça qulluq üçün 10 damla bibəriyə yağını 4 damla çay ağacı yağı, 4 damla adaçayı yağı, 2 damla jojoba yağı ilə qarışdırın və bu qarışıqla saç dərinizə ən az 10 dəqiqə masaj edin.

Lavanta yağı

Güclü ətri  olan lavanta yağı, saçların uzanmasına kömək  edərkən saç dərisindəki qan dövranını artıraraq saç köklərinə gedən oksigen miqdarını artırır. Oksigenin artması saç köklərini gücləndirir və qırıqların sayını əhəmiyyətli nisbətdə azaldır.

Lavanta yağı ilə saça qulluq  üçün 10 damla lavanta yağını 5 damla badam yağı, 4 damla çobanyastığı yağı və 4 damla üzüm çəyirdəyi yağı ilə qarışdıraraq saç dərinizə masaj edə bilərsiniz.

Məsləhətlər:

 Sadalanan digər yağlar zeytun yağı və badam yağına nisbətən güclüdür. Bu yağlar  saç dərisində qıcıqlanma və qaşıntıya səbəb ola bilərlər. Yuxarıdakı yağları bütün saç dərinizə sürtməzdən əvvəl kiçik bir bölgəyə çəkib  1-2 saat gözləyərək effektini gördükdən sonra bütün saçınıza istifadə edin. Əgər qarışıq sizin üçün çox qüvvətlidirsə badam yağı və ya zeytun yağını n miqdarını  2 qat artıra bilərsiniz.

Yuxarıdakı tərifləri  saç dərinizə tətbiq etdikdən sonra saçlarınızı   yığın və  bir dəsmalla bağlayın. Yağların saç dərisinə nüfuz etməsi üçün 1-2 saat gözlədikdən sonra gündəlik şampununuzdan  istifadə edərək saçlarınızı təmizləyə bilərsiniz.

Yağları saç dərisinə çəkərkən dairəvi hərəkətlərlə masaj etməyi unutmayın. Ən az 10 dəqiqə masaj etmək saç dərisindəki qan dövranını artıracaq.

Saçınızın ucları çox qurudursa qırıqları önləmək üçün evə gəldiyinizdə 2-3 çay qaşığı zeytun yağı və ya badam yağını yalnız uclara tətbiq edə bilərsiniz.

Qırıqları azaltmaq üçün bir müddət  saç düzləşdirici, saç qurutma maşını istifadə etməyin.

Buna da baxın

Qaş uzatmaq üçün sadə formul

Whatsapp ilə Paylaş Zülal bildiyiniz kimi saçların uzanması üçün çox əhəmiyyətlidir. Bunlardan A B3. C və …