Əsas səhifə / Əsas menu / Gözəllik / Saç qıranlara yox!
Bizi mobildən daha sürətli  izləyin

Saç qıranlara yox!

11112.jpg.680x420_q100_crop-smart

Saçqıranlara yox!

Saçlarınızın ucu haçalanır və ya başqa sözlə saçqıran düşüb. Nə edəcəyinizi bilmirsiniz?

Əlbəttə ki, bərbərə gedib isti qayçı kəsimi etdirə bilərsiniz, amma bu, o demək deyil ki, saçqıranlardan canınızı asanlıqla qurtara bilərsiniz.

Saçqıran, əslində yoluxucu göbələk xəstəliyidir. Başqa şəxslərin darağını istifadə etmək və ya papağını taxmaqla yayıla bilər. Saçqıranı yaradan başqa səbəblər də var: saçların nəm halda daranması, uzun müddət soyuq və quru, isti havaya məruz qoymaq, rəngləmək , kimyəvi qələvilərlə rəng açmaq və digər. Saçqıranın müalicəsinə saçların kəsdirilməsi ilə başlanır. Saçlar həftədə iki dəfə yuyulmalıdır.

Bu məqalədə sizə, saçlarınızın uclarını sağlam vəziyyətə gətirmək üçün profilaktik maskalardan danışacağıq.

Saçlarınızı reklamlarda göstərilən kimi şampunla yumaq və xüsusi balzamla yaxalamaq hələ saçqıranla tam mübarizə deyil.

Saç uclarınıza ilk yardımı yağ maskaları ilə edə bilərsiniz. Bunun üçün zeytun, avakado və kokos yağlarını saçlarınıza çəkin və bacardığınız qədər uzun müddət saxlayın. Ovucunuza bir neçə damçı yağ süzün və saç uclarınızı ovuşdurun. Bu maska üçün uğurlu vaxt gecədir.

Xama-zeytun maskası

İki qaşıq xamanı  bir qaşıq zeytun yağıyla qarışdırın və saça çəkin. Bir saatdan sonra şampunla yuyun. Maskanı hər həftə təkrarlaya bilərsiniz.

Kefir, yumurta sarısı və limon şirəsi maskası

Yarım stəkan kefirə yumurta sarısı və bir qaşıq limon şirəsini əlavə edin. Saçınıza çəkib, yarım saatdan sonra şampunla yuyun.

Şaftalı maskası

Şaftalını kaşa halına salın, saçınıza çəkin, yarım saatdan sonra yuyun. Bu maska saçınızı həm də hamar və parlaq edəcək.

Bal suyu maskası

1-2 qaşıq balı yarım stəkan ilıq suyla qarışdırın. Saçın uclarını həmin suda bir neçə dəqiqə saxlayın. Saçınızı yumaya da bilərsiniz.

Yaxşı effekt verən üsullardan biri də saçınızı yuduqdan sonra quruyan saçların ot məhlulu ilə yaxalanması ola bilər. Məhlul çobanyastığı, nanə və ağcaqayın otlarından hazırlanır.

Buna da baxın

10 yaş gəncləşdirən maska

Whatsapp ilə PaylaşTərkibi: 3 çay qaşığı düyü 1 yemək qaşığı süd 1 yemək qaşığı bal …