Əsas səhifə / Əsas menu / Gözəllik / Saç quruluğu üçün maskalar
Bizi mobildən daha sürətli  izləyin

Saç quruluğu üçün maskalar

h

Qurumuş saçlarınızı canlandırmaq və nəmləndirmək üçün bitki mənşəli maskalardan faydalana bilərsiniz. Saç boyası və fendən istifadə nəticəsində saçlarınız quruya bilər. Qurumuş saçların əvvəlki sağlamlığına qovuşması üçün istifadə edə biləcəyiniz ən yaxşı üsul təbii saç maskalarıdır.

Qadınklubu.com quru saçlar üçün müxtəlif təbii maskaları təqdim edir.

Maya maskası:

1 çay qaşığı quru maya
1 stəkanı Medoil zeytunyağı

Zeytun yağı və mayanı qarışdırıb bu qarışığı boya çəkdiyiniz kimi saçlarınıza sürtün. 1 saat qarışığı saçlarınızda gözlətdikdən sonra saç tipinizə uyğun bir şampunla saçlarınızı yuyun.

Lavanta maskası:

1 çay qaşığı lavanta yağı
1 stəkan Medoil zeytunyağı
1 yemək qaşığı bal

İnqridentlərin hamısını bir araya gətirib qarışdırın və saçlarınıza tətbiq edin. 2 saat qədər saçlarınızda gözlətdikdən sonra qarışığı şampun istifadə edərək təmizləyə bilərsiniz.

Saç quruluğu üçün təbii maska:

3 şorba qaşığı limon suyu
1 çay qaşığı Medoil badam yağı
1 çay qaşığı kətan toxumu yağı
1 çay qaşığı qoz yağı
1 çay qaşığı bal
1 fincan su

Bütün bu vasitələri bir araya gətirib qarışdırın və saç diblərindən başlayıb bütün saçlarınıza çəkin. Sonra saçlarınızı büküb 1 saat gözləyin. 1 saatdan sonar saçlarınızı şampunla yuyub təmizləyə bilərsiniz.

Çörəkotu maskası:

2 çay qaşığı Medoil arqan yağı
1 çay qaşığı Medoil çörəkotu yağı
1 şirin qaşığı Medoil zeytunyağı

Bitki mənşəli yağları bir kasa içinə əlavə edib qarışdırın. Saçlarınıza çəkdikdən sonra 60 dəqiqə gözləyin. Saç tipinizə uyğun bir şampun istifadə edərək saçlarınızı yuyun.

Buna da baxın

Burun üzərindəki qara nöqtələrə son

Whatsapp ilə Paylaş Burun üzərində formalaşan qara nöqtələr sizin də probleminizdirsə, Qadinklubu.com-un təqdim etdiyi üç …