Əsas səhifə / Əsas menu / Gözəllik / Saç rəngini açmaq üçün təbii üsullar
Bizi mobildən daha sürətli  izləyin

Saç rəngini açmaq üçün təbii üsullar

sç rəngini təbii üsullarla açın

Saçlarınızın rəngindən sıxıldınızsa və bir neçə ton daha açıq saç rənginə qovuşmaq istəyirsinizsə, dərhal ilk etməniz lazım olan salona getmək olmasın.

Saçın rəngini açmaq üçün istifadə edilən kimyəvi məhsullar saçlarınıza ziyan verir. Odur ki, saçlarınızın sağlamlığını və gözəlliyini qorumaq üçün evdə təbii üsullarla saç rənginizi açmağı sınayın.

Çobanyastığı suyu: Bir su stəkanı çobanyastığını isti suya ataraq dəmlənməsini  gözləyin. Dəmlənən çobanyastığını süzdükdən sonra suyu saçınıza yedirin və günəşə çıxın. Bu əməliyyat sayəsində saçlarınızın gündən günə açılaraq saçınızda təbii sarı ləkələr formalaşdırcaqdır.

Soğan qabığı: Soğan qabıqlarını isti suyun içinə ataraq qaynadın. Su ilıq hala gəldiyində saçlarınıza bu qarışığı tökün. Günəşdə qurumasını gözləyin. Bu üsul saçınıza qırmızı-qəhvəyi rəgli çalarlar verəcək.

Limon suyu: Bir limonun suyunu yarım su stəkanı suya əlavə edin. Daha sonra saçınızda açılmasını istədiyiniz yerlərə bu qarışıqdan sürtün. Limon saçlarda sarı çalarlar meydana gətirər.

Pivə: Pivənin tərkibində olan arpa suyu saç rənginin təbii olaraq açılmasına kömək olur. Pivəni saça çəkdikdən sonra günəşin altında qurumasını gözləyin.