Əsas səhifə / Manşet / Saç soyuqdəyməsi nədir, əlamətləri nələrdir?
Bizi mobildən daha sürətli  izləyin

Saç soyuqdəyməsi nədir, əlamətləri nələrdir?

kadinlarda-erkek-tipi-sac-dokulmesi-nedenleri-1

Saç soyuqdəyməsi baş dərisində həssaslıq, saç köklərinin iynə kimi batması, yanma, qaşıntı kimi əlamətlər göstərən, əsasən qadınlarda olan saç tökülməsi ilə müşayiət olunan, saçlı dəri xəstəliyidir. Ən çox bilinən xüsusiyyətlərindən biri  dəriyə toxunulduğu zaman insanın ağrı hiss etməsidir.

-Xalq arasında daha çox saç soyuqdəyməsi olaraq adlandırılan, bu narahatlığın başlıca səbəblərindən biri saçın çox möhkəm bağlanmasıdır. Saçların yuxarıdan, ya da aşağıdan möhkəmcə yığılması, həm saç köklərinin, həm də saç dərisinin hava almasını maneə törədib bu qisimlərin tarazlığını pozacağı kimi, möhkəmcə bağlanma olduğu üçün dərinin çəkilməsi və saç köklərinin qırılmasınada yol aça bilir.

-Saç soyuqdəyməsinin bir digər səbəbi də xüsusilə uzun saçlı qadınlarda, saçların yuyunduqdan sonra tam qurudulmamasıdır. Necə ki, bir insan yağışlı havada islanar və qurulanmasa soyuqdəymə olur, saç dərisi də eyni şəkildə soyuqdəymə ola bilər.

-Soyuq hava, ya da küləkdən zərər görən saç kökləri, gücünü itirib qaşınma və tökülmə problemi yarada bilərlər.

-Hər gün saça fen çəkilməsi, ya da bol jele ilə forma verilməsi də, saç soyuqdəyməsi narahatlığına səbəb olan faktorlardandır. Fen ilə verilən isti hava belə, saç köklərini və dərini olduqca narahat edir, təbii tarazlığının pozulmasına səbəb olur.

Xəstəliyin əlamətləri

Saç soyuqdəyməsi qıl köklərində və saç dərisində yanma və ağrı hissi verməsidir. Qarşısı  alınmadığı zaman,  irəlidə saç diblərində yaraya və şiddətli saç tökülməsinə səbəb olur.

Saç soyuqdəyməsinə tutulmamaq üçün saçlarınızın qayğısına qalın.//qadin.net

Buna da baxın

Çox bitki çayı içmək ziyanlıdır

Whatsapp ilə Paylaş Hər tibbi bitki çayının sağlamlığa  faydalı olmadığını, suda həll edilə bilən və …