Əsas səhifə / Manşet / Saç spreyi yalnız saçlar üçün deyil – Fərqli istifadə qaydaları
Bizi mobildən daha sürətli  izləyin

Saç spreyi yalnız saçlar üçün deyil – Fərqli istifadə qaydaları

sa

Saç spreyini sadəcə saçlar üçün deyil, evin fərqli işlərində də istifadə edə bilərsiniz. Qadınklubu.com saç spreyinin 10 fərqli istifadə qaydasını təqdim edir.

Corab süzülmələri:

Neylon corablar barmaq qismindən daha çox süzüldüyündən, yeni aldığınız corabın burnuna saç spreyi sıxaraq, daha uzun müddət geyinə bilərsiniz.

Ayaqqabılar üçün:

Boya ilə parıldatdığınız ayaqqabıların üzərinə saç spreyi sıxsanız, daha uzun müddət davam gətirər.

Parlaq dırnaq boyaları:

Pedikürdən sonra saç spreyini ayaqlarınıza sıxsanız, dırnaq boyası daha parlaq və uzunömürlü olar. Ancaq ayağınızda açıq yara varsa, vurmayın.

Şəkilli qaşlar:

Saç spreyini bir diş fırçasına sıxıb sonra qaşlarınızı onunla darayıb şəkil verə bilərsiniz.

Rəsmə parlaq lak təsiri:

Uşaqların istifadə etdiyi rəngli boyalar bir müddət sonra solar. Əgər uşağınızın çəkdiyi rəsmi çərçivəyə salıb yadigar saxlamaq istəyirsinizsə, şəklə saç lakı sıxın. Rəngləri uzun müddət canlı qalacaq.

Tül pərdələr:

Tül pərdələri təmizlədikdən sonra hər qatın qurumasını gözləyərək, bir neçə qat sprey sıxın. Daha uzun müddət təmiz görünəcək.

Təzə çiçəklər:

Həyat yoldaşınızın sizə verdiyi gül buketinin tez solmasını istəmirsinizsə, üzərinə 30 sm uzaqdan saç spreyi sıxın.

Qurudulmuş çiçəklər:

Saç spreyini qurutduğunuz çiçəklərin üzərinə sıxsanız, daha parlaq görünəcək və uzun müddət qalacaq.

Dodaq boyası ləkəsi:

Geyim, yastıq və ya digər əşyaların üzərinə dodaq boyası batıbsa, ləkənin üstünə saç spreyi sıxıb bir neçə dəqiqə gözlədikdən sonra silin.

Mürəkkəb ləkəsi:

Mürəkkəb ləkəsinin üzərinə saç spreyi sıxıb sonra silin.