Əsas səhifə / Əsas menu / Dərslik / Saç təbaşirinin istifadəsi – video
Bizi mobildən daha sürətli  izləyin

Saç təbaşirinin istifadəsi – video

saç təbaşiri.jpg2

Saç  təbaşirləri ilə istənilən rəngdə saçlara sahib ola bilərsiniz. İstifadəsi o qədər də  çox vaxt almır. Əgər saç rənginizi dəyişmək istəyirsinizsə, uzun müddətli prosedurlara ehtiyac yoxdur. Saçınızı istədiyiniz rənglə qısa müddətdə boyaya bilərsiniz. Əgər sizə yaraşmadığını düşünürsünüzsə yuyaraq yeni saç boyasını tətbiq edə bilərsiniz. Amma nəzərə alın ki, yağışlı havalarda bu boyalardan istifadə etmək olmaz. Çünki suyun təsirilə bu təbaşir boyalar saçlardan axmaq xüsusiyətinə malikdir. Əgər  yenilikləri sevirsinizsə qadinklubu.com-un təqdim etdiyi saç təbaşirinin istifadəsi qaydasından faydalanaraq fərqli obrazlar yarada bilərsiniz.

Saç təbaşiri nədir?
Saç təbaşiri saçların qısa müddətdə fərqli rəngdə olmasını  təmin edən bir boya formasıdır. Pastel boya tərzində olan bu saç təbaşirini təkli, 12’li və 24’lü  grup  halında əldə edə bilərsiniz. İstər internetdən, istəsəniz də kosmetik məhsullar satan mağazalardan ala biləcəyiniz saç təbaşirini 10 dəqiqədə saçınıza tətbiq edə bilərsiniz.
Saç təbaşiri digər boyalar kimi qalıcı deyildir. Saçınızın rəngindən sıxıldığınızda ilk etməniz lazım olan duş almaqdır. Bununla da  günün hər saatında belə fərqli saç rənginə sahib ola bilərsiniz.

Saç təbaşiri necə istifadə edilir?

Saç təbaşirini götürdükdən sonra ilk etməli olduğunuz rəng seçməkdir. Rəngə də qərar verdikdən sonra sizə lazım olan vəsaitlər; su, saç boyası əlcəyi, saç fırçası, saç qurudan, saç düzləşdirici. Saç təbaşirini  tətbiq etmək  3 mərhələdən  ibarətdir. Saçları islatma, boyanı tətbiq etmək  və qurutmaq.
Bütün vəsaitlər  hazır olduqdan sonra, rəngləmək istədiyiniz qismi digər saçlarınızdan ayırıraq isladın. Suyun çoxunu quruladıqdan sonra  saç təbaşirini yaş saça tətbiq edirik.

Qalıcı olmasını təmin etmək üçün saçları fenlə quruduruq. Qurutduqdan sonra saç düzləşdiricini  tətbiq edirik. Beləliklə  saç təbaşirindən  istifadə bu qədər asandır. Amma nəm  saça düzləşdirici  tətbiq etsəniz, saçlarınızı yandıra bilərsiniz. Bu səbəbdən saçlarınızı əvvəl qurutmalı və daha sonra maşa istifadə etməlisiniz.  Həm də boyanın üstünüzə bulaşmasının qarşısını almış olarsınız.

Buna da baxın

Ev şəraitində  saç boyadıqda bunlara diqqət edin!

Whatsapp ilə Paylaş   Saçlarında gün keçdikcə artan ağlardan ya da həmişə eyni rəng saçla …