Əsas səhifə / Əsas menu / Gözəllik / Saç tökülməsinə səbəb olan 9 səhv
Bizi mobildən daha sürətli  izləyin

Saç tökülməsinə səbəb olan 9 səhv

h
Sağlam saçlar qadın kişi fərq etməz hərkəs üçün çox əhəmiyyətlidir.

Buna görədə saçlarımıza qulluq edir, tez-tez gözəllik salonlarına gedir və yaxınlarımızın tövsiyələrinə əməl edirik.

“Sağlam saçlara sahib olmaq üçün saçlarını şampunla deyil sabunla yumalısan. Saçlarını tez-tez kəsdirməlisən ki tökülməsin. Tökülməməsi üçün saçlarını yığmalısan” və.s bu kimi saysız-hesabsız əsası olmayan məsləhətlər.

Ancaq tanışların verdiyi məsləhətlərə qarşı diqqətli olun. Çünki saç baxımı haqqında düz kimi qəbul edilən səhvlər, saçların solğunlaşmasına, qırılmasına və ən pisi isə tökülməsinə gətirib çıxarır. Bəs doğru olanlar nədir? Dermotoloji mütəxəssis DR. Selda Yıldırım Tar saç baxımı haqqında cəmiyyətdə doğru kimi qəbul edilən amma əslində yalnış olan 9 saç baxımı səhvini açıqlayıb.

1. Səhv: Şampun yerinə sabun istifadə edin.

Doğrusu: Bəziləri saçlarını təbii hesab etdiyi üçün şampunla deyil sabunla yuyur. Amma saçlar üçün sabunun şampundan xeyirli ola biləcək o qədər də bir fərqi yoxdur.Əksinə şampun saç dərisinin ph_a görə və saç tellərinin tərkibinə uyğun maddələrdən hazırlandığına görə sıx istifadə edilməsi baxımından daha uyğundur.

Təbii bitki tərkibli sabunlar kimyəvi maddələri olmadığına görə sağlamlıq cəhətdən məsləhətlidir. Amma əsas bu sabunların saçınıza və saç diblərinizə uyğun olub olmamasıdır. İstifadə etdiyiniz sabunlar bitki tərkibli olsa da, sizin saçınıza uyqun olmadığı təqdirdə saç dərinizdə qaşınma və saç tökülməsi ilə nəticələnə bilər.

2. Səhv:saçları tez-tez yumamaq lazımdır.

Doğru: Hər gün və ya tez-tez saçları yumaq saçlar üçün ziyanlı ola bilər. Saç dərisinin də bütün cildimiz kimi özünə xas qoruyucu təbəqəsi vardır. Saçları tez- tez yumaq həmin saç dərinizdəki təbəqəni zədələyər və dərinizin qurumasına, saçın nəmliliyini itirərək qırılqan olmasına və saçların tökülməsinə səbəb ola bilər.

Ancaq saçı uzun müddət yumamaq da saçlarınız üçün sağlıqlı deyil. Çünki ətraf aləmdən saçımıza yapışan toz və çirkli maddələr saçların sağlam görünüşünü pozaraq sönük və solğun olmasına, formasının pozulmasına və tökülməsinə səbəb olar. Ən normal olanı yağlı saçların bir gündən bir, quru saçların isə daha gec-gec yuyulmasıdır.

3. Səhv: saçı toplamaq saç tökülməsini azaldır.

Doğrusu: Tam əksinə saçlara fiziki təsir göstərməmək lazımdır. Gündəlik olaraq saçların at quyruğu düzümündə toplanması bir müddət sonra saçların tökülməsinə səbəb olur. Xüsusən də anaların uşaq yaşda qızlarının saçlarını sıx formada bəzəkli lentlərlə dar formada yığmaqları gələcəkdə yaranan saç tökülməsinin ilkin səbəblərindəndir.

4. Səhv: Tez-tez saçı qısa kəsdirmək saçın çıxmasını tezləşdirir.

Doğrusu: Cəmiyyətin bu düçüncəsinin əksinə olaraq saçı qısa kəsdirmək yeni saçların çıxmasını sürətləndirmir. bunun səbəbi isə saç tökülməsinin genetik, metobolik və saç dibi ilə əlaqəli bir proses olduğu üçündür. Ona görə də saç kəsdirmənin saç tökülməsinin qarşısını almaqla heç bir əlaqəsi yoxdur. Amma saç uclarının tez tez kesdirilməsi saç uclarındakı saç qıranları azaldar və saçlarınızı daha canlı görünüş qazanmış olar.

5. Səhv: yaxşı təmizlənməsi üçün saçlar isti suyla yuyulmalıdır.

Doğrusu: Saçları yuyarkən isti sudan istifadə etmək doğru deyil. İsti su düşünülənin əksinə olaraq saç dərisini qurudur, qaşındırır və kəpəyə səbəb olur. Sağlamlıq baxımından saçları ilıq su ilə yumaq lazımdır.

6. Səhv: Eyni şampunu müntəzəm istifadə etməyin pis təsiri yoxdur.

Doğrusu: Saç baxımında yalnış olanlardan biri də ailə üzvlərinin ortaq şampundan istifadə etmələridir. Çünki hər kəsin saçı və saç dərisi fərqli xüsiyyətlərə malik olur. Yağlı saçlarda saç qurudan şampunlara ehtiyac duyulduğu təqdirdə, quru saçlarda isə əksinə saçları yağlandıran şampunlardan istifadə edilməlidir. Yalnış şampun seçimi saçların korlanmasına və tökülməsinə səbəb olur.

7. Səhv: çox köpüklənməyən şampun yaxşı təmizləməz.

Doğrusu: Deyilənin əksinə olaraq şampunun çox köpüklənməsi heç də saçları yaxşı təmizləməsi mənasına gəlmir. Hətta tam əksinə şampunun çox köpüklənməsi tərkibində kimyəvi maddələrin çox olması deməkdir.

Əslində bitki tərkibli şanpunlar çox köpüklənməsələr də saçlarımızı yaxşı təmizləyərlər. Ona görə də şampun seçimi edərkən gözəl qoxulu, bol köpüklənən kimyəvi tərkibli şampunların əvəzinə bitki tərkibli, vitaminli saçlarımız üçün xeyirli ola biləcək olanlarını seçməyinizdə fayda var.

8. Səhv: saç kremləri saçı tökər.

Doğru: Saç kremlərinin kimyəvi xüsusiyyətləri saç tellərinin quruluşuna uyğun istehsal edilər. Bu səbəbdən doğru tətbiq olunan saç kremləri saç tökülməsinə yol açmaz, tam əksinə saç tellərini bərpa edər. Saç kreminin faydalı olması üçün kremləri saç diblərinə deyil saç uclarına tətbiq etməyiniz lazımdır.

9. Səhv: papaq geyinmək saçları tökər.

Doğrusu: Hər fəsildə istifadə edilən papaqlar başımızı soyuq, isti, gün işığı, külək, havadakı çirklər və digər ətraf aləmdəki ekoloji amillərin təsirindən qoruyar. Bu səbəbdən də papaq geyinmək saçı tökər düçüncəsi tamamilə yalnışdır.

Amma çıx dar papaqlar saç dərisində qan dövranını yavaşladır və bunun nəticəsində saçların oksigen almasını azaldır. Əslində qan dövranını əngəlləməyən və sintetik olmayan papaq və şlyapalar istifadə etmək lazıdır.

Buna da baxın

Əzələ ağrılarını, revmatizmanı sağaldır, gözəlləşdirir, arıqladır…

Whatsapp ilə Paylaş Latınca adı Laurus nobilis olan dəfnə ölkəmizdə Aralıq dənizi Dəfnəsi olaraq da …