Əsas səhifə / Əsas menu / Gözəllik / Saç tökülməsini artıran səhvlərimiz
Bizi mobildən daha sürətli  izləyin

Saç tökülməsini artıran səhvlərimiz

saci-hizli-uzatma

Saç tökülməsini artıran səhvlərimiz

Sağlam saçlara malik olmaq istəyirsinizsə, şampunla deyil, sabunla yumalısınız. Saçlarını tez- tez kəsdirməlisiniz ki, tökülməsin. Tökülməməsi üçün saçlarınızı yığmalısınız.

Sağlam və baxımlı saçlar qadın kişi fərqi qoyulmadan hər kəs üçün əhəmiyyət daşıyır. Təəsüf ki, biz mütəxəssis fikrindən çox yaxın dostumuzun verdiyi məsləhətə inanır və ona riayət edirik. Ehtiyatlı olun, çünki el arasında doğru bilinən lakin saçlarımıza xeyirdən çox ziyan verən məsləhətlərdə vardır.

Türkiyə Acıbadam Universiteti, Dermotoloji uzman, Dr. Selda Yıldırım Tar saça qulluqla bağlı əhali arasında doğru bilinən 9 səhvlə bağlı araşdırma aparıb.

Səhv 1. Şampun yerinə sabun istifadə etmək

Amma əslində bəzilərimiz şampun yerinə sabun istifadə etməyi doğru bilirik. Əslində isə sabunun şampundan üstünlüyü yoxdur. Tam əksinə şampunun pH-ı saça uyğundur. Lakin, təbii tərkibə malik olan, tərkibində zeyyun yağı olan sabunlar ziyanlı deyillər. Amma burda əsas sabunun keyfiyyətli olmasından çox sizin saçınızın quruluşu böyük əhmiyyətə malikdir. Məsələn: sabun təbii tərkibə malik olsa da, saçınız uyğun gəlmədiyindən saçınızın köklərinə və dərisinə ziyan vura bilər. Bu zaman qaşıntı, saç tökülməsi baş verə bilər.

Səhv 2. Saçları tez-tez yuyulması

Əslində saçları tez-tez yumaq doğru deyil. Çünki, saç dərisinin üzərində lipid təbəqəsi vardır və hər gün yuyulduqda bu təbəqə özünü bərpa edə bilmir. Beləliklə saç dərisinin quruması baş verir, mikro çatlar əmələ gəlir. Belə dəri xətəliklərə qarşı müdafiəsiz olur. Uzun müddət yumamaq da düzgün deyil. Çünki, saçlarımıza yapışan toz və kirlər uzun müddət təmizlənmədikdə saçın quruluşuna təsir edir və onu solğunlaşdırır. Belə saçların kökü çox yağlandığından saçımıza sığal çəkdikdə belə saç tökülməsini hiss edə bilərik.

Səhv 3. Saçları toplamaq saç tökülməsinin qarşısını alır

Tam əksinə saçlarda fiziki gərginlik yaratmaq, dartmaq lazım deyil. Gündəlik həyatda istifadə etdiyimiz at quyruğu saç düzümü saçı uzun müddət gərilmiş halda saxlayır. Bu çox vaxt alopesiya adlı xəstəliyə- saç tökülməsinin xüsusi növünə gətirib çıxarır. Xüsusui ilə anaları qız uşaqlarının saşını rəngli rezin sancaqlarla sıx dartılmış halda yığması saç tökülməsin səbəb olan əsas səbəblərdən biridir.

Səhv 4. Saşları tez- tez qısa kəsdirmək

Əslində tez- tez saç kəsdirmək saç uzanmasına bir o qədər də təsir etmir. “Saçımı kəsdirsəm saç tökülməsinin qarşısını ala bilərəm”- fikri yanlışdır.

Səhv 5. Təmiz olsunlar deyə saçları isti su ilə yumaq

Əslində saçları yuyarkən isti sudan istifadə etmək doğru deyil. Tam əksinə isti su saçın dərisini qurudur, strukturunu pozur, dəri qabıq qoyur, qaşınma verir.

Səhv 6. Eyni bir şampunu istifadə etməyin heç bir zərəri yoxdur

Əslində ən çox edilən səhvlər arasında məhz bu fikir dayanır. Evdə olan, hamının istifadə etdiyi ortaq şampun heç də hamının saçının strukturuna uyğun gəlməyə bilər. Belə ki, yağlı saçlar üçün yağlanmanın qarşısını alan şampunlar, quru saçlar üçün isə nəmləndirici şampunlar doğru hesanb olunur. Bunun əksi saç dərisinə, saçın köklərinə mənfi təsir göstərir.

Səhv 7. Çox köpüklənməyən şampun yaxşı təmizləmir.

Əslində çox köpüklənən şampunlara diqqət etmək lazımdır. Əgər şampun çox köpük verirsə, deməli tərkibində kimyəvi maddələr daha çoxdur. Bitki tərkibli şampunlar köpük əmələ gətirmədən də saçları yaxşı təmizləyirlər. Buna görə də şampun alanda onun gözəl qoxulu, yaxşı köpüklənməsini əsas götürməkdənsə tərkibinə, bitki tərkibli olmasını əsas götürün.

Səhv 8. Saç kremləri saçı dökür.

Əslində saç kremlərinin tərkibi saçın quruluşuna uyğun hazırlanır. Buna görədə düzgün seçilən krem saç tökülməsinə səbəb olmaz, tam əksinə zədələnmiş saçları bərpa etməyə yardımçı ola bilir. Saç kremlərini daha çox uzun saçlarda istifadə etməyiniz məsləhətdir.

Səhv 9. Papaq qoymaq saçları tökür

Əslində hər fəslə uyğun papaq qoymaq başımızın dərisini, istidən, soyuqdan,yağışdan, küləkdən, çirkli havadan qoruyur. Buna görədə “papaq taxmaq saçlara ziyandır”- fikri tamamilə səhvdir. Amma diqqətli olmaq lazımdır: papaq dar, sintetik liflərdən hazırlanmış olmamalıdır. Dar papaq başımızda qan dövranını pozur və nəticədə saçın oksgenlə təmin olunmama problemi ortaya çıxır.

Əziz xanımlar və bəylər, saçımıza düzgün qulluq etməyə çalışaq. Unutmayaq ki, insanın ən böyük düşməni əsəbləşməkdir. Onda bu qaydaların əhəmiyyəti kəskin azalır. Hər kəsə bu mübarizədə uğurlar.

Buna da baxın

Gözəllik, sağlıq və uşaqlarınız üçün soda

Whatsapp ilə Paylaş Arıqlamaq üçün, saçlarınız, dişləriniz, tər probleminiz, mədə probleminiz, burun tıxanıqlığı üçün, körpənizin …