Əsas səhifə / Manşet / Saç tökülməsinin 3 psixoloji səbəbi
Bizi mobildən daha sürətli  izləyin

Saç tökülməsinin 3 psixoloji səbəbi

sacc

Araşdırmalara görə,  ayrılıq, yaxınların itkisindən yaranan səbəb və üzüntülər, qəzalardan sonra yaranan əhval-ruhiyyə  və bu kimi digər psixoloji durumlar, saç tökülmələrinə səbəb olur. Bu xəstəlik, xüsusən də 20 yaşdan aşağı gənclərdə müşahidə olunur. Saçlardan başqa, saqqal bölgəsində, kirpiklərdə və qaşlarda da rast gəlinir.

Stress, əsəb, depressiya

Saç tökülməsindən əziyyət çəkən xəstələrdə əsasən tiroid hormonunun əksikliyi və bununla bərabər qan azlığı müşahidə olunur. Türkiyəli Estetik və Plastik Cərrah Gülşen Özlenin sözlərinə görə, bu problemlər saç tökülməsinin daha da artmasına səbəb olur: “Bizə müraciət edən xəstələrin 60 faizi 20 yaşdan aşağı gənclər olur. Bu xəstələrdə dəridə saçsız qalmış bölgələr müşahidə olunur. Bəzən isə bədəndə görülən bu xəstəlik, müəyyən bölgədə tüklərin tökülməsinə səbəb olur. Xəstəlik keçici deyil. Vitamin əksikliyi və ya düzgün olmayan qidalanma ilə də bağlı deyil”.

Xəstə öz qanı ilə sağalır

Bu xəstəliyin müalicəsində əsasən topikal kortikosteroid adlanan krem və losyonlardan istifadə olunur. Yüngül hallarda bunlarla nəticə əldə etmək olur. İkinci mərhələdə isə, müəyyən dozada steroid infeksiyasından istifadə olunur.

Bundan əlavə, dünyada “Vampir trendi” adlanan və bir çox xəstəliklərin müalicəsində istifadə olunan  PRP (Platelet Rich Plasma)  üsulundan, saç  tökülmısinə qarşı da istifadə olunduğunu bildirən Cərrah Gülşen Özle deyib:

“Xəstənin öz qanından əldə olunan trombosit hüceyrələri, tökülən saç yerinə iynə ilə yeridilir. PRP üsulu ilə, bu xəstəliyin müalicəsində çox gözəl uğurlar əldə edirik”.

 

Qadinklubu.com

 

Buna da baxın

Soyuqdəymənin qənimi – Qəpik pul və hind qozu yağı

Whatsapp ilə Paylaş İndoneziyalılar bir əsrdən uzun müddətdir ki, “Kerokan” adlı müalicə üsulu ilə minlərlə …