Əsas səhifə / Əsas menu / Gözəllik / Saç tökülməsinin qarşı – Kartof və yaşıl çay
Bizi mobildən daha sürətli  izləyin

Saç tökülməsinin qarşı – Kartof və yaşıl çay

h

Gündə 100 ədəd saç telinin tökülməsi normal hesab edilir.

Ancaq saçınızın həddən artıq töküldüyünü hiss edirsinizsə, mütləq tədbir görməlisiniz. Xüsusilə də, mövsümdən-mövsümə keçərkən saç tökülməsi problemi artır.

Gur, parlaq və sağlam saçlara qovuşmağınız üçün heç yerdə eşitmədiyiniz bir neçə üsul təklif edəcəyik.

İşə sağlam qidalanmaqla başlamalısnız. Saçların sağlamlığı üçün çox önəmli olan A, E və B vitaminləri, eləcə də omeqa-3 yağ turşuları ehtiva edən qidalar yeyin. Hər gün zülal qəbul etməlisiniz. Həftədə 3 dəfə ət, digər günlər isə paxlalı bitkilər yeyərək gündəlik zülal ehtiyacınızı ödəyin.

Ancaq unutmayın. Sadəcə, doğru qidalanmaqla saçlarınızın tökülməsinin qarşısını ala bilməzsiniz. Bunun üçün ev şəraitində hazırlanan bir neçə maskadan da istifadə edə bilərsiniz.

Yumurta yağı

Yumurta yağı (eyova) demək olar ki, bir çox aptekdə satılır. Bu yağ ilə saç dərinizi masaj edin və bir gecə gözləyin. Səhər saçınızı təbii tərkibli bir şampunla yuyun. 12 həftə boyunca həftədə 2-3 dəfə bu prosesi təkrarlayın.

Yaşıl çay

Çay antioksidantlarla zəngin olduğundadir. Buna görə də saçın tökülməsinin qarşısını alır və saçların daha tez uzanmasına səbəb olur. Yaşıl çayı dəmləyib soyumasını gözləyin. Daha sonra çayı süzüb suyunu saçınıza tökün. Bir saat gözləyib saçınızı durulayın.

Kartof və rozmarin

1 ədəd kartof və bir az rozmarini 4 stəkan suda qaynadın. Əldə etdiyiniz suyun soyumasını gözləyin. Daha sonra həmin su ilə şampunlayıb yuduğunuz təmiz saçlarınızı durulayın. Bu prosesi gündə bir dəfə təkrarlayın.

Buna da baxın

Möhtəşəm saçlar üçün 10 qızıl qayda

Whatsapp ilə Paylaş  1- Saçınızı fensiz qurudun Saçlarınızın  da bir az istirahətə ehtiyacı var. Saçlarınızı …