Əsas səhifə / Əsas menu / Gözəllik / Saç yağlanmasının qarşısını alan vasitələr
Bizi mobildən daha sürətli  izləyin

Saç yağlanmasının qarşısını alan vasitələr

 yagli saclar

Xanımların böyük əksəriyyəti  saçların yağlanmasından şikayətlənir.

Qadınklubu.com olaraq bu dəfə yağlı saçlar üçün bir neçə məsləhət verməyi qərara aldıq.

Yağlı saçlar başa ağırlıq verir. Nəmişlikdən tez-tez dağılan saçlar  uzun olduqda,  forma vermək barədə düşünüb ən axırda da topuz yığmaq isə lap pisdir.

Əgər sizin də saçlarınız tez-tez yağlanırsa, yazacağımız 7 fikri diqqətlə oxumağınız məsləhətdir.

Burnunuzu pudralamaq yerinə saçlarınızı pudralamağı düşünmüsünüzmü? Pudra saç diblərindəki yağı bir müddət azaltmağa kömək olur. Bunun üçün uşaq pudrası ilə saçınızı böyük bir daraqla daraya bilərsiniz. Saçınızın yağı pudraya keçəcək, saçınızda ağlar qalmayacaq. Yenə də əmin olmaq üçün üstündən fenləyə bilərsiniz.

Xatırladaq ki, saçlar üçün xüsusi pudra var. Bu cür pudraları da saçın dibinə töküb, daraqla saçdakı pudranı yaymaq lazımdır.

Saçınızı yuyarkən bəzi səhvlərə yol vermiş ola bilərsiniz. Quru saçlar kimi yağlı saçlar da hər gün yuyulmamalıdır. Siz, saçlarım yağlandı deyə düşünüb hər gün yuduqca, əslində saçınızın təbii yağ tənzimlənməsinə maneə olursunuz.

Şampun seçərkən içində sulfat olmamasına diqqət edin. Saç kreminizi də saçın dibinə çəkə bilərsiniz.

Asid yağlı saçlar üçün faydalıdır. Ona görə də saçlarınızı sirkə ilə yumanızı bir çox adamdan eşitmiş ola bilərsiniz.

Saçlarınızı son dəfə yumamışdan əvvəl 2 l suya yarım stəkan alma sirkəsi töküb saçlarınızı sirkəli su ilə isladıb durulayın.

Saçlarınız yağlı olduğu üçün saç modelinizi də ona uyğun seçməlisiniz. Bəzi saç düzümləri yağlılığı daha qabarıq göstərə bilər.

Saçları uzun müddətli burma, saçı şişirdərək dəridən uzaqlaşdırmaq da çarə ola bilər.

Saçlarda həddindən artıq yağlanma bir müddət sonra saç tökülməsinə də səbəb olur.

Buna da baxın

Pendir vərdiş yaradır

Whatsapp ilə Paylaş Aparılan araşdırmalar zamanı süfrələrimizdən əskik olmayan pendirin qəribə özəlliyi ortaya çıxıb. Qadinklubu.com …