Əsas səhifə / Əsas menu / Gözəllik / Saç yağları necə istifadə edilməlidir?
Bizi mobildən daha sürətli  izləyin

Saç yağları necə istifadə edilməlidir?

Saç yağları tam bir möcüzəvi məhsuldur.

Qadinklubu.com-un məlumatına görə, saçları canlandıran və qidalandıran saç yağlarının istifadəsinə diqqət etmək lazımdır.

Saç yağları saçınızı formalaşdırır, həddindən artıq istidən qoruyur və uclarının qırılmasının qarşısını alır.

Bəs saç yağları necə tətbiq olunmalıdır?

Nəm saça tətbiq edin

Saçlarınız nəm olan zaman istifadə etməyiniz məsləhət görülür. Həmçinin saç yağları şampun, nəmləndirici kimi məhsullarla da qarışdırıla bilər.

Saçı formaya saldıqdan sonra da istifadə edin

Saçlarınızı fenlədikdən və ya burduqdan sonra tətbiq etsəniz saçlarınız daha parlaq görünəcək.Dənizə getmədən əvvəl hər hansı saç yağından istifadə etsəniz saçınızı xlordan və dənizdəki duzdan qoruya bilərsiniz.

Yatmazdan əvvəl tətbiq edin

Yatmazdan əvvəl bir neçə damla saç yağını ovucunuza tökün. Barmaqlarınızı saçlarınızın arasından keçirərək hər tərəfə yayılmasını təmin edin.Yatmazdan əvvəl tətbiq olunduğunda saçlardakı zədənin aradan qaldırılmasına kömək edir.

Aroma Therapy