Əsas səhifə / Əsas menu / Gözəllik / Saçınızın rəngini təbii vasitələrlə açın
Bizi mobildən daha sürətli  izləyin

Saçınızın rəngini təbii vasitələrlə açın

 

Untitled-6

Əksər xanımlar saçlarının rəngini açmaq istəsələr də, kimyəvi tərkibli boyalardan ehtiyatlanaraq bu addımı atmırlar. Sizlərə bitki mənşəli vasitələrdən istifadə etməklə saçınızın rəngini açacaq üsulları təqdim edirik:

Limon:

Bu meyvə saçın rənginin açılmasında mühüm rol oynayır. Limon suyu əsrlərdir ki, bu məqsədlə istifadə olunur. Saçınız nəm olarkən limon suyu ilə yuyun və 20 dəqiqə gözlədikdən sonra durulayın. Saçınıza limon suyu sürtərək günəşlənsəniz, effekti daha tez bir zamanda görəcəksiniz.

C Vitamini:

Bu, yalnız bədənimizin gündəlik ehtiyacı olan bir vitmanin deyil, həm də saçların açılmasına kömək edən bir vasitədir. 5-10 vitamin həbini əzin (əgər saçınız qalındırsa, sayı artıra bilərsiniz) və ya kapsula halındadırsa, mayeni çıxarın. Əldə olunan maddəni şampununuza əlavə edin. Bu qarışıqla saçlarınızı yumağa davam edin. Saç rənginizdə dəyişiklik olduğunu görəcəksiniz.

Sirkə:

Saç yuyarkən şampundan maksimum az istifadə edilməsinin vacibliyi dəfələrlə vurğulanıb. Çünki şampunların içərisindəki kimyəvi maddələr xərçəng riski yaratdığı üçün bundan qaçmaq tələb olunur. Saçlarınızın daha gözəl görünüşə sahib olması üçün sirkədən istifadə edə bilərsiniz. Sirkə həm saçları qidalandıran, həm də rəngini açan bir vasitədir. Saçınızı yuduqdan sonra sirkə ilə yaxalayın. Bu üsuldan daimi olaraq istifadə etdikdə dəyişikliyi siz də görəcəksiniz.

Qara çay:

Qara çay da saçların nisbətən açılmasına və fərqli görünüşə sahib olmasına kömək edər. Belə ki, 2-3 xörək qaşığı çayı dəmləyin və bunu saçınıza tətbiq edin. Yarım saat gözlədikdən sonra durulayın.

Bal:

Saçın təbii yolla açılmasında ən böyük köməkçi vasitələrdən biri də baldır. Distillə edilmiş su ilə balı qarışdırın və saçınıza sürtün, yarım saat gözlədikdən sonra yaxalayın. Əgər bunu tətbiq edib günəşlənsəniz, təsirini daha tez görəcəksiniz.

Buna da baxın

Ballı və zeytun yağlı nəmləndirici üz maskası

Whatsapp ilə Paylaş Mütəxəsislər dərinizə nəmlilik qazandırmaq və mükəmməl bir dəriyə sahib olmaq üçün hər zaman …