Əsas səhifə / Əsas menu / Gözəllik / Saçlara limon, üzəçl üzüm şirəsi
Bizi mobildən daha sürətli  izləyin

Saçlara limon, üzəçl üzüm şirəsi

opSaçlara limon, üzəçl üzüm şirəsi

Türkiyəli dermatoloq, kosmetoloq Suna Dumankaya təbii gözəllik axtarışında olanlar üçün 2 möhtəşəm resept paylaşıb.

Bunlardan biri saç, digəri isə üzə qulluq üçün nəzərdə tutulub.

Limon şirəsi ilə saçların rəngini qoruyun

Yay aylarında günəşə, dəniz və hovuz suyuna məruz qalan saçın rəngi daha tez açılır. Əgər saçlarınızı tez-tez boyatmaqdan bezmisinizsə, limon şirəsindən faydalanın. Limon şirəsi saçın rəngini daha qalıcı edir. Bunun üçün saçlarınızı yuyun. Daha sonra saçınızı içərisinə 1 çay qaşığı soda və 2 çay qaşığı limon şirəsi tökülmüş su ilə durulayın.

Dərini üzüm şirəsi ilə gözəlləşdirin

Üz dərinizin daha sağlam görünməsini istəyirsinizsə, sizə bu işdə üzüm şirəsi kömək edə bilər. 3 ədəd qırmızı üzümün şirəsini 1 çay qaşığı ağ gil, 1 çay qaşığı qaymaq, 1 çay qaşığı üzüm çəyirdəyi yağı və 1 çay qaşığı balla qarışdırın. Bu qarışığı təmiz dəriyə çəkin. 25 dəqiqə gözləyib sonra dərini ovalayaraq təmizləyin. Daha sonra üzünüzü su ilə yuyun. Bu proseduranı həftədə 3 dəfə təkrarlaya bilərsiniz.

Buna da baxın

4 gündə bütün piyləri əridə bilərsiniz – Necə?

Whatsapp ilə Paylaş4 gündə bütün piyləri əridə bilərsiniz – Necə? Bir xanım 4 gün ərzində …