Əsas səhifə / Əsas menu / Gözəllik / Saçlara zərər verən saç modelləri
Bizi mobildən daha sürətli  izləyin

Saçlara zərər verən saç modelləri

women-hair-styles-boyali-sac

Saçlara zərər verən saç modelləri

İngilis dermatoloji jurnalının məlumatına görə, baş dərisi və saçla əlaqədar xəstəliklərə əsasən Afrika bölgəsində rast gəlinsə də, bir sıra saç modelləri vardır ki, onlarda bu riski daşıyır. Afrikada aparılan, 2000 insanı əhatə edən araşdırma nəticəsində qadınların üçdə birinin, qız uşaqlarının isə yeddidə birinin saç tökülməsi problemini yaşadığı məlum oldu.

Hörük və möhkəm toppuz saç dərisi xəstəliklərinə yol açır.

Tökülməyə səbəb olan saç dərisi xəstəliklərinə,hörükdən və toppuzdan çox istifadə edən edən qadınlarda daha çox rast gəlinir. Saçlarını çox möhkəm bağlayan və at quyruğu edən qız uşaqlarında gələcəkdə saç dərisi xəstəliklərinin yaranma ehtimalı böyükdür.

Kişilər üçün  isə çox qısa saç modelləri risklidir.

Araşdırmalara əsasən, kişilərin qarşılaşdığı dəri xəstəlikləri daha çox yalnış və çox qısa kəsilmiş saçlara görə yaranır . Çünki bu modellər infeksiya və dəri problemlərinə şərait yaradan kəsik və qanamalara səbəb ola bilir.
Tez və qısa kəsilən saçlar, eyni zamanda qan yoluyla bulaşan xəstəliklərə tutulma təhlükəsini də özü ilə gətirir. Bu səbəblə saç kəsimi zamanı, mexaniki cihazlardan istifadə edilməsi daha məqsədə uyğundur.

Buna da baxın

Bu xəstəlik qadınları sevir!

Whatsapp ilə Paylaş Hər yerim ağrıyır, yuxum qaydasında deyil, səhərlər yorqun oyanıram, heç cür dincələ …