Əsas səhifə / Əsas menu / Gözəllik / Saçları həcmli göstərmək üçün 6 üsul
Bizi mobildən daha sürətli  izləyin

Saçları həcmli göstərmək üçün 6 üsul

turrƏgər saçlarınız həcmsizdirsə, Qadinklubu.com-un təqdim etdiyi bu üsulları sınayın.

Saçınızı çox qurutmayın

Saçların həddindən artıq isti havaya məruz qalması, təbii elastikliyini yox edir və daha mat görünməsinə səbəb olur. Bu halda isə, saçlarınızı seyrək və baxımsız görünür. Ona görə də, saçınızı fenləyərkən dərəcəni uyğunlaşdırın. Çalışın, çox da isti olmasın.

Saç rənginizi çox dəyişdirməyin

Saçlarınızın rəngi tünddürsə, müxtəlif kimyəvi maddələr istifadə edərək, rəngini açmağa çalışmayın. Saçlarınız bundan çox zərər görəcək. Nəticədə, baxımsız görünən saçlar əldə edəcəksiniz.

Daha həcmli saçlar üçün, qısa modellərə üstünlük verin

Uzun saçlar ağır olduğuna görə, hər zaman aşağı doğru sallanır. Buna görə də, zamanla incəlir, tökülməyə başlayır.

Saçlarınızı düzləşdirməyə çalışmayın

Əgər saçlarınız buruq və ya dalğalıdırsa, icazə verin elə də qalsın. Əgər saçlarınızı düzləşdirmək üçün mütəmadi olaraq fendən və ya kimyəvi maddələrdən istifadə edirsinizsə, onlar qısa zamanda tökülməyə, seyrəkləşməyə başlayacaq.

Tərkibində bu maddələr olan şampunlardan uzaq durun

Tərkibində ammonium loril sulfat və natrium loril sulfat olan şampunlar saç diblərinizin qurumasına səbəb olur.

Tərs istiqamətə ayırın

Saçlarınızı mütəmadi olaraq eyni tərəfə ayırdıqda, saçlarınız yapışıq görünəcək. Əgər onun əksinə ayırsanız, daha həcmli bir görüntü əldə ədəcəksiniz.

 

 

Buna da baxın

Hər gün saç yumağın zərərləri

Whatsapp ilə Paylaş Hər gün saçlarınızı  yumaq saçınızın struktur xüsusiyyətini pozaraq mat və qeyri-sağlam görünməsinə …