Əsas səhifə / Əsas menu / Gözəllik / Saçları uzatmağın – 8 üsulu
Bizi mobildən daha sürətli  izləyin

Saçları uzatmağın – 8 üsulu

Saçları uzatmağın – 8 üsulu

bana-uzun-sac-yakisir-mi

Saçlar orta hesabla ay ərzində 1-2 santimetr uzanır. Bu prosesi iki, üç dəfə sürətləndirmək mümkündürmü?

Qidalanma – Saçların əsas tikinti elementi və hüceyrələrin artımını sürətləndirən zülaldır. Gündəlik rasiona yumurta, balıq, süd və ət məhsulları əlavə edin. Omeqa 3, 6 və 9 yağ turşularını rasiondan əksik etməyin. Bu yağ turşularının ən əlverişli mənbəyi zeytun və kətan yağlarıdır. Bu yağları salatlara əlavə edin və ya qaşıqla için. Saçları A və E vitaminləri, məsələn, kök, kələm və çuğundurla da uzatmağa cəhd edin.

Saçları uzatmaqla bağlı bir əla xəbəri də xanımlarla bölüşəcəyəm. Məlumdur ki, saçlar sinki sevir. Bu mineralın ən gözəl mənbəyi isə qabaq toxumları, mal əti və əlbəttə ki, şokoladdır. Bu, sevimli ləzzəti dadmaq üçün sanballı bəhanədir.

Təbii ki, gün ərzində 1,5 litr su içməyi də unutmayın.

Qidalanmanın effektini gözləməyən səbirsizlər isə əlbəttə ki, aptekdən saçları uzatmaq üçün mineral kompleks alıb qəbul edə bilərlər.

Saçlara qulluq vasitələri – Rəfiqələrinizin tövsiyələrinə, heyranlığına aldanıb şampun almayın. Bəlkə də onu xoşbəxt edən şampun sizi üçün əsl baş ağrısı olacaq. Şampun alarkən mütləq baş dərisinin tipini nəzərə alın. Piy vəziləri yaxşı işləyərsə, saç köklərinin inkişafı dayanmaz. Saçları ağırlaşdırmamaq üçün tərkibində silikon, paraben olmayan şampunlara üstünlük verin. Kondisionerlər, balzamlar və maskalar saçların kövrəlməsinin, qırılmasının qarşısını alır. Yağlar isə əksinə uzanmasına yardım edir. 4-6 aydan bir saçları uzadan xüsusi şampunlardan, kapsullardan istifadə etmək olar. Bonus qismində isə peşəkar tonik və ya zərdab alın.

Əfsanəvi ev maskası – Mənzilin kandarından kənara çıxmadan saçları necə uzatmaq olar? Evdə hazırlanmış ən məşhur saç maskası xardaldan hazırlanır. Xardal qan dövranını sürətləndirir. İki xörək qaşığı xardala 1 yumurta sarısı, 1 çay qaşığı bal, 2-3 xörək qaşığı zeytun yağı, bir qədər isti su əlavə edib. Sıyıq konsistensiyasına gələnə qədər qarışdırın. Maskanı ancaq başın dərisinə sürtün və başınıza sellofan və ya yun papaq qoyun. Və yaxud dəsmalla bağlayın. 15-30 dəqiqə maskanı başqa saxlayın, səbriniz çatsa daha çox da saxlaya bilərsiniz. Saçları yuduqdan sonra fensiz qurudun. Bu proseduranı müntəzəm olaraq etsəniz saçlarınızın uzandığının şahidi olacaqsınız.

Yağ maskalarını isə yaxşı olardı ki, axşamdan saçlarınıza çəkib səhər vurasınız. Əlbəttə ki, qida plyonkası ilə başınızı bağlamağı unutmayın. Effekti hiss etmək üçün bir necə həftə proseduranı təkrarlamalısınız.

Kəsim – Hər üç aydan bir saçların uclarını kəsdirin ki, onlar sağlam qalsınlar. Əvvəlcədən Ay təqvimi ilə günü müəyyənləşdirin. Deyilənlərə görə, Ay təzə çıxanda, xüsusilə ilk 3-4 sutkada saçları kəsdirməyin xeyri var.

Salon – Saçların vəziyyətini yaxşılaşdırmaq və onların uzanmasını sürətləndirmək üçün gözəllik salonları müxtəlif metodikalar təklif edirlər. Onların arasında saçları möhkəmləndirmək üçün laminariya (iri su yosunu növü) yarpaqları ilə qulluq, şiitake göbələkləri və ot kisəçikləri ilə masaj, baş dərisinin mikrosirkulyasiya prosedurası və əlbəttə ki, mezoterapiya var. Bunlarda ən ağrılısı və effektlisi başda qan dövranını yaxşılaşdıran, fərdi qaydada seçilmiş kokteyl — vitamin və mineralların baş dərisinə iynə şəklində vurulması, yəni mezoterapiyadır. Bu proseduraların köməyi ilə saçların tökülməsi dayanır, saçlar uzanır, həcmi artır. Amma qeyd etmək lazımdır ki, bu proseduraların hər birinin əks göstərişləri var, mütləq mütəxəssislə məsləhətləşin.

Salonlarda həmçinin “şok” darsonval üsulundan da istifadə edir. Bu üsul saç soğanağına yüngül tok zərbələri ilə təsir edərək onları stimulyasiya edir. Termasauna adından da göründüyü kimi saçların isti prosedura ilə bərpa olunmasıdır. Bundan başqa, son illər saçların uzanması və ya tökülməsinin qarşısının alınması üçün ozonoterapiyadan və cürbəcür qulluq vasitələrindən istifadə edilir.

Kəpək – Bəzən saçların düzgün uzanmasına sadəcə kəpək maneçilik yaradır.

Masaj – Baş dərisinin müntəzəm masajı saçları uzatmağın ən zərif, eyni zamanda orqanizmin stressdən xilas olmasının ən gözəl yoludur. Hər gün təbii lifləri olan daraqla saçlarınızı darayın. Saçlarınızı 50 dəfə arxadan qabağa, 50 dəfə də əksinə darayın. Mərkəzdən başlayın. Bundan başqa, barmaqlarınızın ucu ilə də saçların diblərini masaj etmək olar.

Daramaq – Məşhur cizgi filminin qəhrəmanı Rapunselin saçlarının uzunluğunun sirri həm də daramada idi. Hər səhər və axşam saçları çoxlu daramaq lazımdır. Yaxşı olar ki, təbii fırçası olan darağa üstünlük verəsiniz. Bu, kapilyarların fəaliyyətini stimullaşdırır. Buruq saçlı xanımlara isə başqa, daha sərt materialdan hazırlanmış daraqdan istifadə etmək tövsiyə edilir.

Unutmayın ki, daraqların da istifadə müddəti mövcuddur. Adətən bu, malın etiketində qeyd edilir. Məsələn, təbii materialdan hazırlanan daraqların istifadə müddəti 6 aydır.


Buna da baxın

Çaytikanı yağı ilə gözəlləşin – Necə?

Whatsapp ilə Paylaş Çaytikanı yağı kosmetologiyada müxtəlif kremlərin və kosmetik maskaların tərkibində geniş istifadə olunur. …