Əsas səhifə / Əsas menu / Gözəllik / Saçların tez uzanması üçün
Bizi mobildən daha sürətli  izləyin

Saçların tez uzanması üçün

Saç uzatmaq üçün hansısa bir xüsusi yağı misal gətirmək təbii ki, mümkün deyil. Çünki saçların uzanması üçün bir sıra daha əhəmiyyətli faktorlar vardır, hansı ki onları təmin etdikdən sonra yağlar öz effektini göstərərək saçların uzanmasını sürətləndirməyə malikdir.  Saçın uzanması, daha doğrusu sağlam uzanması üçün baxımlı olması, saç dərisinin təmiz olması, saç köklərinin kifayət qədər oksigen alması və uclarının mümkün qədər az qırılması lazımdır. Belə olan halda, bəzi təbii yağlar saçı bəsləyərək, saç dərisini təmizləyib saç köklərinin güclənməsini təmin edir. Saçı yumşaldaraq qopmadan, qırılmadan, kəpəklənmədən, yağlanmadan və ya qurumadan uzanmasına köməkçi olur. Saçın sağlam uzanması üçün diqqət edilməsi lazım olan bir başqa əhəmiyyətli nöqtə isə bu yağların və digər saç qidalandırıcı təbii maskaların nizamlı olaraq istifadə edilməsidir.

Saçın uzanmasına köməkçi yağlar

Aşağıdakı yağların saçınıza təsir göstərməsi üçün ən az 2-3 ay nizamlı olaraq bu yağlardan istifadə  etməyiniz lazımdır. Saçınıza qulluq vasitəsini seçmək  və bunu bir vərdiş halına gətirmək saçınızın sağlam uzanması üçün ən əhəmiyyətli 2 faktordur.

Gənəgərçək yağı

Qidalandırıcı  E vitamini, protein və saça faydalı minerallar baxımından son dərəcə zəngin olan Hind yağı saçın uzanmasına kömək olan yağlar arasında ilk sıralarda gəlir.

Hind yağında olan və ümumiyyətlə sabun istehsalında istifadə edilən “ricinoleic turşu” saç dərisində meydana gələ biləcək infeksiyaların qarşısını alır. Qan dövranını artırdığı üçün saç köklərinə gedən oksigen səviyyəsini yüksəldən Hind yağı bu sayədə saçın daha sürətli və sağlam uzanmasına kömək olan yağlar arasında göstərilir.

Hind yağı ilə həftədə 1-2 dəfə saç dərinizə masaj edə bilər, qırıqların qarşısını almaq  üçün saç uclarına tətbiq edə  bilərsiniz. Saç dərinizdə nə qədər gözlətsəniz o qədər yaxşıdır. Ən yaxşısı gecədən çəkib  səhər yumaqdır. Amma  vaxtınız yoxdursa saç dərinizə çəkdikdən  sonra başınıza dəsmal bağlayıb 1 saat gözlədikdən sonra yuya bilərsiniz.

Hind yağının saça faydası yalnız sağlam uzanmasına köməkçi olmaqla məhdudlaşmır. Daimi olaraq Hind yağından istifadə saçınızın daha həcmli görünməsinə, saç tellərinin qalınlaşmasına, saçın nəmlənməsi və yumşalmasına kömək edir.

Zeytun yağı

Ən yaxşı saç nəmləndirici yağlardan biri olan zeytun yağı saçın uzanmasında əhəmiyyətli rolu olan E vitamini baxımından olduqca zəngindir. Antioksidan təsiri saç dərisində meydana gələ biləcək (kəpək, həddindən artıq quruluq …) kimi problemlərin qarşısını alan  zeytunyağı saç telini örtərək qoruyucu bir təbəqə meydana gətirir və bununla  saçı hava çirkliliyi, toz, duman kimi mənfiliklərə qarşı qoruyur.

Zeytunyağını Hind yağı kimi həftədə 1-2 dəfə şampun əvvəli saçınıza və saç dərinizə  tətbiq edərək 1-2 saat gözlətdikdən sonra durulayın bilirsiniz. Saç ucları çox quruduğunda qırılmasını önləmək üçün yalnız uclarına da tətbiq etmək mümkündür.

Susam yağı

Tez-tez saç dərisi iltihablanması və ya saç dərisi göbələyi kimi problemlər yaşayırsınızsa, bunlar saçınızın sağlam uzanmasına maneə törədirsə mikrobları təmizləyici və saç dərisini nəmləndirici xüsusiyyəti olan susam yağını istifadə edə bilərsiniz.

E vitamini ilə saç köklərini qidalandıran susam yağı saç dərisini canlandırır, saçın uzanmasına kömək edir və kəpək kimi saç dərisi qaynaqlı problemlərə qarşı qoruma təmin edir.

Argan yağı

Saç baxımında son illərin bəlkə də ən məşhur təbii məhsulu olan argan yağı  saç dərisini dərindən nəmləndirir və dərinin quruması səbəbiylə ortaya çıxan problemləri (qoparaq tökülmələrin artması, saçların zəifləməsi, saç köklərinin gücsüzləşməsi …) aradan qaldırır.

Davamlı qırılan saçları kəsdirmək məcburiyyətində qaldığınız üçün saçınız  istədiyiniz uzunluğa çatmirsa argan yağı aradığınız həll ola bilər. “Maye qızıl” olaraq adlandırılan argan yağını saç uclarınıza nizamlı olaraq tətbiq etsəniz  qırıqların böyük nisbətdə qarşısını ala bilərsiniz.

Jojoba yağı

Qidalandırıcı təsiri olan jojoba  həm cild, həm də saç üçün faydalı bir yağdır. Saç dərisi problemlərinə qarşı təklif edilən jojoba yağı eyni zamanda saçın qabarmasının qarşısını almaq, qoparaq tökülmələri azaltmaq və kəpəyə qarşı təklif edilən yağlar arasındadır.

Hindqozu yağı

Ən yaxşı nəmləndirici yağlardan biri olan Hindistan qozu yağı saç dərisini nəmləndirərkən saçınızı yumşaldır və təbii bir parlaqlıq qazanmasını təmin edir. Quru saç və saç dərisi kimi şikayətiniz varsa sizin üçün ən uyğun yağ Hindqozu yağıdır.

Nanə yağı

Nanə yağı saç dərisini canlandıraraq saç köklərinə daha çox oksigen getməsini təmin edər və bu sayədə həm saçın uzanmasına həm də qoparaq tökülmələri azalmasına köməkçi olur. Ancaq nanə yağını birbaşa olaraq saç dərisində istifadəsi etsəniz,  güclü bir yağ olduğu üçün yandıra bilər. Bunun qarşısını almaq üçün  badam yağı və ya zeytun yağı kimi daşıyıcı yağlarla və ya suyla qarışdırdıqdan sonra istifadəsi daha məsləhətdir.

Lavanta yağı

Anti-bakterial lavanta yağı saç dərisini infeksiyalara qarşı qoruyur və saç köklərini təsir edərək kəpəyin  meydana gəlməsinin qarşısını alır. Lavanta yağını nanə yağında olduğu kimi digər yağlarla və ya suyla qarışdıraraq  istifadə etsəniz saç dərisində, yağın güclü təsirinə bağlı olaraq meydana gələ biləcək qıcıqlanmanın  qarşısını ala bilərsiniz.

 

Buna da baxın

Uşaqlarda və böyüklərdə səpgilərə son qoyan məlhəm

Whatsapp ilə Paylaş Həm uşaqlarda, həm böyüklərdə, hətta yenidoğulmuşlarda belə əmələ gələn səpgilər əleyhinə bu …