Əsas səhifə / Manşet / Saçların vaxtından əvvəl ağarması xəstəlik göstəricisi ola bilər
Bizi mobildən daha sürətli  izləyin

Saçların vaxtından əvvəl ağarması xəstəlik göstəricisi ola bilər

beyazz

Türkiyəli professor Dr. Hatice Erdi Şanlı, saçların erkən yaşda ağarmasının xəstəlik əlaməti ola biləcəyini deyib.

Qadinkulubu.com-un məlumatına görə, Hatice Erdi Şanlı, saç ağarmasının yaş və genetik faktorların təsiriylə ortaya çıxan tük folekullarındakı melanosit kök hüceyrəsinin itkisiylə baş verdiyini bildirib. O, bu prosesin hər gün artdığını və qalıcı olduğunu vurğulayıb. Onun sözlərinə görə, bəzi insanlarda saç ağarması erkən yaşlarda, hətta bəzən uşaq yaşlarında baş verir.

Saç ağarmasının xroniki yaşı, dəri rəngi və cinsiyyətlə yaxından əlaqəlidir. Adətən ağ dərili insanlarda 30 yaşlarında, qara dərililərdə isə, 40 yaşlarında başlayır. Araşdırmalar, 50 yaşdan yuxarı insanların yarıdan çoxunun saçlarının ağardığını göstərir. Saçların erkən ağarması hallarına isə, bəyaz dərililərdə 20 yaşdan aşağı, qara dərililərdə isə, 25 yaşdan aşağı insanlarda rast gəlinir.

Saçlar niyə vaxtından tez ağarır?

Saçların vaxtından tez ağarmasında genetik faktorların mühüm rol oynadığını deyən, Dr. Hatice Erdi Şanlı, bildirib:

“Lakin bəzi sistematik xəstəliklər və ya dəriylə bağlı problemlər də saçlarda erkən ağarmaya səbəb ola bilər. Dərinin rəngini təmin edən maddənin (piqmentlərin) azalmasıyla, dərinin ağarması ilə müşahidə edilən xəstəlik, vitiliqo, vaxtından əvvəl yaşlanma sindromları, tiroid bezinin yetəri qədər işləməməsi ilə ortaya çıxan hipotiroid kimi problemləri ortaya çıxara bilər. Aparılan son araşdırmalar, gənc yaşlarından siqaret çəkən insanların saçlarının daha tez ağardığını sübut edib. Bundan əlavə, ürək-damar xəstəliklərinə meyillik də bir göstəricidir”.

 

Buna da baxın

Saçları uzadan möcüzəvi təsirə malik olan maska

Whatsapp ilə PaylaşSaçları uzadan möcüzəvi təsirə malik olan maska Hər qadın uzun, parıltılı, gur saçlar …