Əsas səhifə / Əsas menu / Gözəllik / Saçlarınız üçün iki faydalı maska – video
Bizi mobildən daha sürətli  izləyin

Saçlarınız üçün iki faydalı maska – video

Saçlarınız tez uzanmasını və tökülməməsi üçün maska

Tərkibi:

  • 1 x/qaşığı mayonez
  • 1 x/qaşığı xardal tozu
  • 1x/qaşığı ayıpəncəsi yağı
  • 0.5 ç/qaşığı bal

Hazırlanması:

Sadalanan ərzaqları bir qabda qarışdırın. Hazır maskanı sadəcə saç diblərinə çəkin. Maskanı çəkdikdən sonra dəsmlaa bağılyaraq 1-2 saat gözlədin. Bu maskanı həftədə 1 dəfə tətbiq edin. Bu maskanı 7-10 dəfə tətbiq etdikdən sonra fasilə verin. Əgər saç dəriniz həssasdırsa, hansısa bir narahatlıq hiss etdiyinizdə dərhal saçlarınınızı yuyun.

Saç ucları üçün maska

Tərkibi:

  • 2 x/qaşığı zeytun yağı
  • 1 x/qaşığı kokos yağı

Hazırlanması:

Zeytun yağı ilə kokos yağını bir qaba əlavə edin. Su hamamında və ya mikrodalğalı sobada kokos yağı əriyənə qədər qarışdırın. Hazırladığınız maskanı saç uclarına çəkin. Quru saç uclarını nəmləndirəcək və saç qıranların qarşısını alacaqdır.

Eyni zamanda daha da yüksək effekt əldə etmək üçün gicitkən otunu dəmləyərək saçlarınızı bu qarışımla durulayın. Gicitkən otunu çobanyastığı ilə də əvəz edə bilərsiniz.