Əsas səhifə / Əsas menu / Gözəllik / Saçlarınıza ziyan verən səhvlər
Bizi mobildən daha sürətli  izləyin

Saçlarınıza ziyan verən səhvlər

h

Əllərinizi saçlarınıza çox vurmaq daha tez yağlandırır.

Əllərinizi tez-tez saçlarınıza aparmaq, ya da saçlarınızla oynamaq saçlarınıza zərər verir. Necə ? Təbii ki yağlandıraraq. Əllərinizi saçınıza hər toxundurduğunuzda saçların dartılması nəticəsində yağ ifraz olunmağa başlayır. Bu yağ, gün içində saçlarınıza hər toxunduğunuzda zamanla bütün saça yayılar və təəssüf ki, sizdə saçlarınızı yığmaq məcburiyyətində qalarsınız.

Bu vəziyyətdə etməniz lazım olan iki şey var: Əllərinizi saçlarınızdan uzaq tutmaq və bir müddət saçınızı şampunlama vaxtını uzatmaq.

Çox daramaq saçlarınızı köhnəldər

Saçınızı gün içində çox daramaq, saçlarınızın şəklini pozacağı kimi onların yağlanmasına da səbəb olur. Hələ saçlarınız buruqdursa, əmin olun saçlarınız bir müddət sonra qırılacaq və cansız görünməyə başlayacaq. Heç daramamaq da saçlarınız üçün faydalı deyil. Çünki saçlar hava almadıqları üçün tökülməyə başlaya bilər.
Ən yaxşısı, saçlarınızı duşdan sonra və müntəzəm olaraq gecələri yatmadan əvvəl daramaqdır. Buruq saçların daranması çox çətin olduğundan, mütləq geniş məsafəli bir daraq istifadə edin.

Rəng açıcılar səhv istifadə edildiyində saçlarınızın quruluşunu pozar

Rəng açıcılarının tərkibində spirt olduğundan, çox istifadə edilməsi, saçlarınızın qurumasına və matlaşmasına yol aça bilər. Bu təsirlərdən xilas olmaq üçün, məhsulu saçınıza az miqdarda addım-addım tətbiq etməlisiniz.

Saç düzləşdiricilər saçlarınızı qurudar

Çox rahat bir alət olduğunu düşünürsünüz, amma təəssüf ki, çox istifadə edilməsi saçınıza zərər verir. Saç düzləşdiricilər hər gün istifadə edildiklərində, saçınız yavaş-yavaş yanmağa başlayır, zamanla quruyur və ən sonunda matlaşıp qırılır. Bu kimi hallarla qarşılaşmamaq üçün saç düzləşdiricilərdən mümkün qədər az istifadə edilməlidir. Eyni zamanda istifadədən əvvəl qoruyucu kremlərdən yararlanmaq lazımdır.

Saçların qırıqlarını kəsdirməmək saçlarınızı güçsüzləşdirir

Qırılmış və haçalanmış tellər, saçınızın parlaqlığına mane olar. Kəsilməyən qırıqlar zamanla çoxalır. Beləcə saçlarınız zamanla gücsüzləsir və matlaşır. Bir dəfə qırılmış saç teli özünü bir daha əsla bərpa edə bilməz. O səbəbdən tək həll, qırıq olan saçları kəsməkdir.

Burada iki variantınız var: Ya saçınızın boyunu da qısaldaraq kəsdirmək, ya da yalnız qırıqları kəsdirmək.

Həmişə eyni şampunu istifadə etmək saçlarınızı yorar.

Cild baxımı kremləri istifadə edərkən, daima eyni markadan istifadə edilməsi məsləhət bilinsə də, şampun üçün bu qayda keçərli deyil. Çünki, saç dərisi hüceyrələrini hər ay yeniləməsinə baxmayaraq, saç telləri bu xüsusiyyətə malik deyil. Hər gün eyni şampundan istifadə etmək saç tellərinə xeyirli deyil. Ona görə də müəyyən müddətdən sonra şampununuzu dəyişin. Məsələn: bir dəfə boyalı saçlar üçün istifadə etdiyinizdə, başqa bir vaxt həcm verici şampunları seçim edin.

Yaş saçla havaya çıxmaq saçları kirləndirir

Yaş saçlar havadakı bütün kir və tozları özünə çəkir. Saç dərinizin və tellərin yaş olması səbəbindən saçlara hopan kir kəpəyə səbəb ola bilər.