Əsas səhifə / Əsas menu / Gözəllik / Saçlarınızın rənginizi ev şəraitində açın
Bizi mobildən daha sürətli  izləyin

Saçlarınızın rənginizi ev şəraitində açın

1388333204_sus

Saç rəngini açmaq və daha parlaq saçlara sahib olmaq üçün təbii yollardan istifadə edə bilərsiniz.

Bal

Balın tərkibində olan hidrogen peroksid saç rəngini açır. ½ fincan saç kreminin içinə ¾ fincan bal əlavə edin. Bu qarışığı nəmli saça vurun və başınızı bağlayın.

Limon

Limon saç rənginin açılmasına kömək edir. Həmçinin saçlara parlaqlıq verir. Daha təsirli nəticə üçün isə təzə sıxılmış limon suyundan istifadə edin.

Limon suyunu adi su ilə qarışdırın. Sprey şüşənin içinə qarışımı tökün və saçınıza vurun. Bu proseduru günəşli günlərdə etməyiniz məsləhətli deyil. Daha sonra mütləq saç maskası edin. Əks halda, saçlarınız quruya bilər.

Çobanyastığı

Saç rəngini açan təsirli bitkilərdən biri də çobanyastığıdır. Saç uclarını həftədə bir dəfə çobanyastığı çayı ilə yuyun. Bu həmçinin saçlarınıza parıltı verəcək.
½ fincan çobanyastığı çiçəyini 6 fincan qaynar suya əlavə edin və yarım saat dəmlənməsini gözləyin. Çay soyuduqdan sonra az nəmli saçlarda istifadə edin. Yarım saata qədər saçınızda saxlayın. Sonra isə bol su ilə saçınızı yuyun.

Buna da baxın

Parlaq saçlar üçün bu maskanı sınayın

Whatsapp ilə Paylaş Qədim dövrlərdən belə qadınlar gözəllik sirrlərini araşdırmış və bugünə qədər də araşdırmaqda …