Əsas səhifə / Manşet / Artıq yağları əridən qarışım
Bizi mobildən daha sürətli  izləyin

Artıq yağları əridən qarışım

1 aya mükəmməl nəticə

Bir çox qadın genetik, hormonal, qeyri-sağlam həyat vərdişləri səbəbi ilə bədənində yağlanma problemindən şikayətçidir.

Aşağıdakı səhər yeməyi ilə bu problemlərinizdən 1 ayda xilas olacaqsınız, üstəlik məşq etməyinizə gərək qalmadan. Həm də maddələr mübadiləsi sürətlənəcək, dəriniz parlayacaq, saçlarınız güclənəcək, bağırsaqlarınızdakı zərərli toksinlərdən xilas olacaqsınız. Bu qarışım tənbəl bağırsaqları təkrar hərəkətləndirəcək, qəbizlik problemini həll edəcək, kilonuzu normallaşdıracaq, artıq yağlardan xilas olmağınızı  təmin edəcək.

Tərkibi:

2 yemək qaşığı yulaf əzməsi
1 su stəkanı  kefir (250ml)
1 çay qaşığı kakao tozu
1 çay qaşığı üyüdülmüş kətan toxumu
5-7 ədəd alça

Hazırlanması və istifadəsi:

Hər şeydən əvvəl bu qarışıq axşamdan hazırlanmalı və səhər yeyilməlidir.

100 ml qaynayan suya alçaları  tökün və qapağını  bağlayıb 10 dəqiqə qaynatmağa davam edin. Bir kasa yulaf əzməsi, kakao və kətan toxumunu qarışdıraraq üzərinə kefir əlavəedərək qarışdırın. Qaynamış suyun içindəki alçaları  çıxardın və bıçaq köməyi ilə kiçik hissələrə ayırın. Kefirli qarışığın içinə alça  parçalarını da atın və yaxşıca qarışdırın (istəsəniz blender  köməyi ilə yaxşıca qarışdırmaq olar.) Bu qarışığı soyuducuya qoyun və səhər  yeyin.

Bu qarışıq 7 gündə təsirini göstərəcəkdir. İlk gün bağırsaqlarda qəribə bir duyğu hiss etsəniz də amma ertəsi gün normala dönəcək.  1 ay davam edə bilərsiniz.

Buna da baxın

Qarın və bel nahiyyəsindəki yağları əridən qarışım

Whatsapp ilə PaylaşYağ yandıran xolesterol salan təbii qarışıq ilə bel və qarın bölgəsindəki artıq yağlardan  xilas olacaq, qandakı …