Əsas səhifə / Manşet / Sadəcə 3 ərzaqdan hazırlanan PEÇENYE
Bizi mobildən daha sürətli  izləyin

Sadəcə 3 ərzaqdan hazırlanan PEÇENYE

sadəcə 3 ərzaqla hazırlanan peçenye

Qadinklubu.com bu dəfə də sizlərə çayın, qəhvənin yanında qonaqlarınıza  servis edə biləcəyiniz, hazırlanması olduqca asan və eyni zamanda da ləzzətli olan peçenye  hazırlamaq qaydasını təqdim edir.

Tərkibi:

200 qram fıstıq əzməsi

200 qram şəkər tozu

1 ədəd yumurta

Hazırlanması:

Fıstıq əzməsi, toz şəkər və otaq temperaturunda gözlətdiyiniz yumurtanı dərin bir  qaba əlavə edin . Bütün ərzaqları  mikser köməyi ilə 3-4 dəqiqə qədər qarışdırın. Əldə etdiyiniz peçenye xəmirini  bərabər parçalara ayırıb,  ovucunuzda  yuvarllaq forma verin.

Kalqa üzərində siniyə düzərək sobaya qoyun. Bir çəngəl köməyi ilə üzərlərinə basaraq,  (+) şəklini verin. Əvvəldən isidilmiş 180 dərəcə sobada, 8-10 dəqiqə qədər bişirib otaq istiliyində soyumasıını təmin edin.

Nuş olsun!

Buna da baxın

Ləziz ponçiklər

Whatsapp ilə PaylaşTərkibi: 500 ml süd 2 yumurta 125 qr yağ- marqarin  və ya kərə …