Əsas səhifə / Manşet / Sağlam çəki almaq üçün nələr etməliyik?
Bizi mobildən daha sürətli  izləyin

Sağlam çəki almaq üçün nələr etməliyik?

h

 

Çox vaxt artıq çəkidən şikayətlənənlərə görə diyetlərin sıralandığı bir zamanda, bəzi insanlar da əksinə kökəlmək üçün qidalanma qaydası axtarırlar.

Nə yesələr də, istədikləri çəkini əldə edə bilmədikləri üçün hətta müəyyən preparatlardan istifadə edənlər də az deyil. Amma bu o qədər də uğurlu seçim deyil. Qadınklubu.com çəkisindən narazı olub, sağlam çəki almağın arzusunda olanları nəzərə alaraq, bu dəfə sağlam çəki almağın yollarını sizlərlə paylaşır.

Sağlam və nizamlı bəslənən bir adam nə çox kilo alır, nə də hər hansı bir sağlamlıq problemi ilə qarşılaşır. Buna görə ən əhəmiyyətli olan balanslı və nizamlı qidalanmaqdır. Çəki artıran yeməklər yeyərək, kilo almaq mümkündür. Müəyyən qidalar çəki artırmaqda faydalıdır. Bu qidalar arasında şəkər və yağ nisbəti yüksək , amma qida dəyəri aşağı qidalar yer alır. Ancaq düzgün, balanslı qidalanırsa və bunlarla yanaşı zülal, karbohidrat və yağ nisbətini balanslı bir şəkildə saxlayırsa , nə çəki almaq, nə də ki kilo vermə kimi bir çətinliyiniz olmaz. Zəif olanlar sağlam bir şəkildə kilo almaq istəyirsə, qida və kalori dəyəri yüksək qidaları seçim etməlidir.

Bəs bu qidalar hansılardır?

• Çərəzlər

• Quru meyvələr

• Sağlam içkilər (Ayran, yağlı süd, və s.)

• Südlü şirniyyatlar

• Ət, toyuq və balıq

• Plov və Makaron kimi sağlam karbohidratlar