Əsas səhifə / Əsas menu / Gözəllik / Sağlam saçın yolu mədədən keçir
Bizi mobildən daha sürətli  izləyin

Sağlam saçın yolu mədədən keçir

k

Sağlam və gözəl saçların ən böyük düşmənlərindən olan ultrabənövşəyi şüalarının yanında havanın çirkli olması kimi ekoloji amillər, düzləşdirmə, saç boyanması və s. saçların parlaqlığını itirməsinə səbəb ola bilər.

Qadınklubu.com-un məlumatına görə, mütəxəssislər, tibbi amillərin də saç üzərindəki təsirlərinin olduğunu bildirirlər:

“Saçın nazik və ya qalın olması, dərinin yağ ifrazatının az və ya çox olması da saçlarda quruluğa və ya cansızlığa səbəb olur”

Mütəxəssislər saç problemləri ilə mübarizə aparmaq üçün aşağıdakıları təklif edirlər.

“Xüsusilə qadınlar, gözəl, sağlam və parlaq saçlara sahib olmaq üçün bir çox yoldan istifadə edirlər. Həmçinin xanımlar bəzən sağlam saçlar əldə etmək üçün bu günə qədər xalq arasında yalnış tətbiq edilən üsullardan da istifadə edirlər. Məsələn, ağ saçları qoparmaq ağların azalmasına kömək etmədiyi kimi, artmasına da kömək etmir. Bundan əlavə, hər kəs yanlış olaraq yüksək qiymətli şampun və saç kreminin daha keyfiyyətli olduğunu düşünür. Ancaq şampun və saç kremi markalarının çoxu, az qala eyni təsiri göstərirş”

Sağlam saçın yolu mədədən keçir

Mütəxəssislər, bədənin ehtiyacı olan zülal, dəmir, omega 3, sink, B12 vitamini və B15 vitamini əmələ gətirən qidaların saçların sağlamlığı üçün əhəmiyyət daşıdığını ifadə edərək; qızıl balıq, kətan toxumu, qoz, paxlalılar, yumurta, qatıq və ispanaq kimi tünd yaşıl tərəvəzlərin istifadəsinin lazım olduğunu söyləyir.

Buna da baxın

Qəbizlikdən xilas edən 10 qida

Whatsapp ilə Paylaş Qəbizlik çox ciddi pozulmadır. Xroniki qəbizlik bir çox ciddi fəsadlara səbəb ola …