Əsas səhifə / Əsas menu / Yemək reseptləri / Şahmat peçenye resepti
Bizi mobildən daha sürətli  izləyin

Şahmat peçenye resepti

Şahmat peçenye resepti

Tərkibi:

-3 yumurta
-220 q kərə yağı
-4 x.q. qəhvəyi şəkər tozu
-1 çimdik vanil
-1/3 ç.q. duz
-1 x.q. kakao tozu
-270 q un (ağ xəmirə 140, tünd xəmirə 130 q)

Hazırlanması:

Yumurtaları suda bişirin. Təmizləyin, ağını sarısından ayırın (bu reseptdə yumurtanın ancaq sarısından istifadə olunur, yəni yumurta ağlarını başqa resept üçün istifadə edə bilərsiniz).
Bişmiş yumurta sarılarını çəngəllə əzin. Yumşaldılmış kərə yağını qəhvəyi şəkər tozu, duz, vanil və yumurta sarıları ilə qarışdırın. Bu qarışımı iki bərabər hissəyə ayırın. Birinə kakao tozu qatın.
Hər qarışıma ayrılıqda un əlavə edib 2 ayrı xəmir yoğurun. Açıq və tünd rəngli xəmirləri 14×9 sm ölçüdə yayın.

1429348945_1

Tünd rəngli xəmirin üstünə açıq rənglini qoyun, azca üstündən basın, soyuducuda 30-40 dəqiqə saxlayın.

1429348972_2

Soyuducudan çıxardığınız xəmirin kənarlarını bıçaqla kəsib hamarlayın.
Eyni endə 4 zolağa bölün.

1429348981_3
Sonra yanaşı bir ağ, bir tünd zolağı qoyun. Ağ zolağın üstündən tünd, tündün üstündən ağ zolaq qoyun. Alınan “kərpici” 1 sm enində paylara bölün.

1429348921_4 Siniyə perqament döşəyin. Peçenyeləri üstünə düzün. 180-190 dərəcə qızdırılmış sobada 10-15 dəqiqə bişirin.

1429349000_5

1429348941_6

320056

Nuş olsun!

Buna da baxın

Almalı peçenye

Whatsapp ilə PaylaşTərkibi: Xəmir üçün: -1 ədəd yumurta -100 qr kərə yağı -Yarım su stəkanı …