Əsas səhifə / Manşet / “Şahzadə şubası” salatı
Bizi mobildən daha sürətli  izləyin

“Şahzadə şubası” salatı

Tərkibi:

  • 1-2 ədəd qaynadılmış kartof
  • 1 ədəd qaynadılmış yerkökü
  • 1 soğan
  • 3 ədəd qaynadılmış yumurta
  • 200 q qırmızı balıq
  • 200 qr krab çubuqları
  • 200 qr krevetka
  • 150 qr mayonez
  • 100 qr qatıq
  • 1 limon
  • 2 x/qaşığı zeytun yağı
  • 1 diş sarımsaq
  • Duz, istiot

Hazırlanması:

  1. Kartofu və yumurtanı kub şəklində doğrayın.
  2. Yerkökünü sürtgəcdən keçirin.
  3. Soğanı oval formada doğrayın.
  4. Krab çubuqlarını kub şəklində doğrayın.
  5. Qırmızı balığı da kub şəklində doğrayın.
  6. Tavaya zeytun yağı və 1 diş sarımsaq əlavə edib, sarımsaq qızılı rəng alana qədər gözləyin. Qızıl rəng aldıqdan sonra sarımsağı götürüb təmizlənmiş krevetkaları əlavə edin. 2-3 dəqiqə yüksək ocaqda qızardın. Üzərinə limon suyu sıxın. Ocaqdan götürün.
  7. Qatığı mayonezlə qarışdırın.
  8. Serviz qabına kartofu düzüb üzərinə mayonez çəkərək duzlayın.
  9. Balıq daha sonra soğan düzərək mayonezləyin.
  10. Krevetka və yumurta əlavə edərək mayonezləyin.
  11. Krab çubuqlarını əlavə edib mayonezleyin.
  12. Sonda kökü əlavə edib mayonezləyin.
  13. Üzərini soğan və balıqla bəzəyin.

Nuş olsun!

Buna da baxın

“Pələng balası”

Whatsapp ilə Paylaş Göndərdi: Aygün Abdullayeva Lazım olan ərzaqlar: 400 qr kartof 200 qr kolbasa …