Əsas səhifə / Əsas menu / Sağlamlıq / Şampunun saçlarınız üçün təhlükələri
Bizi mobildən daha sürətli  izləyin

Şampunun saçlarınız üçün təhlükələri

sac

Saçlarımızı yuyarkən təmizlənməsi üçün istifadə etdiyimiz maddəyə, şampun deyirik. Yaxşı, bəs bu şampunlar, həqiqətən, saçlarımızı təmizləyirmi? Təmizləyərkən başqa nə təsir yaradır?

Bir çoxumuz bilirik ki, təbiətdə mövcud olmayan və ya təbiətin təsiri olmayan heç bir şey təbii deyil və bu vəziyyətdə sağlam da deyil. Şampunların tərkibində bir çox kimyəvi maddələr var. Bir çoxumuz da şampun istifadə etməyə məcburuq. Çünki saçlarımız artıq mütəmadi olaraq yuyulmağa alışıb və daha tez çirklənir. Hava şəraiti, qidamız və digər etdiyimiz bir çox şey saçlarımıza təsir edir. Kimyəvi şampunlar sayəsində əvvəlki gur saçlı kişi və qadınlara rast gəlmək demək olar ki, qeyri-mümkündür. Bu kimyəvi təsirlər bütün bəşəriyyətə mənfi təsir edir və bu təhlükənin ilk əlaməti odur ki, onlar sağlamlığımıza təsir etməyə başlayır. Budur, maraqlananlar üçün şampunun içindəki 4 təhlükəni təqdim etmək istəyirəm. Şampun alarkən bu maddələrə diqqət edin.

Paraben

Əgər diqqət etsəniz, görərsiniz ki, az qala bütün kosmetik məhsulların içində paraben var. Ən keyfiyyətli markadan ən ucuzuna qədər bütün məhsulların tərkibi bu maddəylə zəngindir. Paraben bakteriya öldürücü bir maddə olaraq bilinsə də, insan bədənində ostrogen hormonunu təqlid edir və sinə xərçəngi riskini artırır. Yaxşı bir araşdırma edərək parabensiz bir məhsul istifadə etməyiniz saçlarınız və sağlamlığınız üçün olduqca xeyirli olardı.

Silikon

Tez-tez istifadə etdiyimiz saç şampunlarının içində olmaması lazım olan maddədir. Silikon saçlarımızın tellərinə parlaq və həcmli bir görünüş təmin edir. Ancaq təəssüf ki, saça hava dəyməz və bu vəziyyətdə saçlarımız nəmini itirər. Bir müddət sonra saçın nəm tarazlığı pozular və bu da sizin saçınızda görmək istəmədiyiniz vəziyyətlər meydana gətirə bilər.

Neft məhsulları

Qulağa nə qədər qəribə gəlsə də, istifadə etdiyimiz bir çox kosmetik məhsulun içində neft məhsulları var və bu maddələrə ağır metallar daxildir. Xərçəng riskini artıran bu maddə hər gün istifadə etdiyimiz şampunlar sayəsində dərimizə hopar və sağlamlığımızı təhlükəyə atar.

Sulfat

Sulfat təbii olmayanda qliserin mənasını verir. Normalda şampunlarda nəmləndirici kimi istifadə edilən qliserin bəzən təbii olmaya bilər. Bu vəziyyətdə saçlarımız zamanla yağlanar və kəpək problemləri ortaya çıxar.

Buna da baxın

Dalaşandan sonra bunları etməyin!

Whatsapp ilə Paylaş  Cütlüklərin mübahisəsi, hətta dalaşması normal bir hal kimi qəbul edilir. İki fərqli …

Bir şərh

  1. melumata gore tewekkur edirem. bes ne ile yuyaq saclarimizi ziyan etmesin. onu da zehmet olmasa yazardinizda.