Əsas səhifə / Manşet / Sancaq ilə saçınızı düzləşdirin
Bizi mobildən daha sürətli  izləyin

Sancaq ilə saçınızı düzləşdirin

 

Ümumiyyətlə insanlar özlərində olmayan, sahib olmadıqları şeyləri istəyərlər. Məsələn, düz saçlılar saçları buruq olsun istədiyi halda, saçı dalğalı olanlar düz saçlı olmağın xəyalını qurarlar. Bu məqaləmizdə Qadinklubu.com olaraq, sizin bu xəyallarınızı gerçəkləşdiririk. Bu ardıcıllığı izləyin.

Saçınızı yuyun. Saç kremindən istifadə edin. Saç kremi, saçlarınızdakı nəmi artırıb, daha uzun müddət düz qalmağına köməkçi olacaq. Dəsmaldan istifadə etməyin. Dəsmaldan istifadə etdiyiniz zaman, saçlarınızda elektriklənmə baş verəcəkdir. Yuduqdan sonra saçlarınıza saç gücləndirici yağ sürtün. Saçınızı darayıb dörd hissəyə ayırın. Əgər saçlarınız axırsa, altı hissəyə də bölə bilərsiniz. Böldüyünüz hissələri daraq ilə incə şəkildə darayın. Daradığınız saçınıza şəkildəki kimi tel sancaqları ilişdirin. Bütün saça eyni əməliyyatı tətbiq edin. Saçlarınız qurumağa başladığı vaxt, əlinizlə saçınıza bir neçə damcı su sıçradın. Sancaqları bir gecə saçınızda saxlayın. Əgər sancaqlar sizi narahat etsə, başınıza dəsmal bağlayıb, elə yata bilərsiniz. Səhər sancaqları saçınızdan çox diqqətlə çıxarın. Əks halda saçınız pozula bilər. Daha sonra, saçınızı iri dişli daraqla darayın.

Budur! Nəticə xoşunuza gələcək!

tel_toka_ile_kisa_ve_uzun_sac_duzlestirme_yontemi-1

tel_toka_ile_kisa_ve_uzun_sac_duzlestirme_yontemi-2

tel_toka_ile_kisa_ve_uzun_sac_duzlestirme_yontemi-3

tel_toka_ile_kisa_ve_uzun_sac_duzlestirme_yontemi-4

tel_toka_ile_kisa_ve_uzun_sac_duzlestirme_yontemi-5

tel_toka_ile_kisa_ve_uzun_sac_duzlestirme_yontemi-6

tel_toka_ile_kisa_ve_uzun_sac_duzlestirme_yontemi-7

tel_toka_ile_kisa_ve_uzun_sac_duzlestirme_yontemi-8

tel_toka_ile_kisa_ve_uzun_sac_duzlestirme_yontemi-9

tel_toka_ile_kisa_ve_uzun_sac_duzlestirme_yontemi-10

tel_toka_ile_kisa_ve_uzun_sac_duzlestirme_yontemi-11

 

Qadinklubu.com

 

Buna da baxın

Gözəllik testi: Sizə qısa saç yaraşır?

Whatsapp ilə PaylaşBu sual tez və ya gec istənilən qadını maraqlandırır. Qısa saç üçün qərar …