Əsas səhifə / Əsas menu / Praktika / Saralmış krujevalı örtükləri necə ağartmaq olar? – ÜSULLAR
Bizi mobildən daha sürətli  izləyin

Saralmış krujevalı örtükləri necə ağartmaq olar? – ÜSULLAR

errr

Bir zamanlar ev dekorasiyasının əsas hissələrindən olan krujevalı örtüklər əvvəlki kimi olmasa da, evin bəzəyində tutduğu yeri hələ də qoruyub saxlayır. Lakin zaman keçdikcə onlar əvvəlki kimi parlaq olmurlar. Bəs saralmış krujevalı örtükləri necə ağartmaq olar? Qadınklubu.com bununla bağlı bəzi məsləhətləri təqdim edir.

Krujevalı örtüklər qəhvə stolları, vitrin, yataq və yemək örtüklərində, hətta pərdələrdə də istifadə edilir. Əgər müasir dizaynlı evlərdə hələ də krujevalı örtüklərdən istifadə edirsinizsə, baxımlarına çox diqqət etməlisiniz. Bəlkə də məhz sizin krujevalı örtükləriniz gələcəyə qalacaq.

Krujevalı örtüklər necə təmizlənir?

İncə materialdan hazırlandıqları üçün krujevalı örtüklərin təbii üsulla təmizlənməsi məsləhət görülür. Beləcə, bəzəkli ev aksessuarlarınızın ömrünü uzatmış olarsınız.
Bunun üçün 1 litr suya yarım yemək qaşığı indigo (zərif parçaları yumaq üçün yuyucu məhlul) qatın. Krujevalı örtüyü bu suda yuyun. Sonra soyuq suda durulayın və qurudun. Eyni qarışığa 1 çay qaşığı limon suyu qataraq da istifadə edə bilərsiniz.

Krujevalı örtüklər üçün bol duz atılmış ilıq su hazırlayın və 2-3 saat həmin suda saxlayın. Sonra soyuq suda durulayın.

1 litr südü qaynadıb soyumağa qoyun. İlıq hala gələn südə iki dilim qənd atın. Krujevalı örtükləri həmin süddə yuyun, 2-3 saat duzlu suda saxlayın və durulayın. Daha sonra nəmliykən üzərinə tülbənd sərərək ütüləyin.

İsti suya bir az sabun, bir az da duz əlavə edin. Saralmış krujevalı örtükləri bu suda 2-3 saat saxlayın. Sonra bol su ilə qurulayın.

Bu üsullardan istifadə edərək krujevalı örtüklərinizi təmizləyin və uzun illər istifadə edin.

Buna da baxın

Bağırsaq və damarların ən sadə üsulla təmizlənməsi

Whatsapp ilə Paylaş İnsan orqanizmi bütün mövcudluğu dövründə ətraf mühitin təsirinə məruz qalır və bu …