Əsas səhifə / Manşet / Sarımsağın faydaları
Bizi mobildən daha sürətli  izləyin

Sarımsağın faydaları

sarimsagin-faydalari-7209678

Sarımsaq ağız qoxusuna səbəb olması səbəbiylə çox seçilən bir qida deyil.

Lakin yeməklərimizdən istifadə etməklə sarımsağın təzyiqi tarazlamaq, ürək sağlamlığını qorumaq kimi sağlamlığa bir çox faydalarından  faydalana bilərsiniz.

Xolesterolu salır

Aparılan araşdırmalarda sarımsağın xolesterolu saldığı və ürək və damar sağlamlığına faydalı olduğu sübut edilmişdir. Bundan başqa sarımsaq bədəndəki stressi azaldır və qan laxtalanmasının qarşısını alır.

İmmunitet sistemini qüvvətləndirir

Sarımsağın immunitet sistemini qüvvətləndirici təsiri olduğu üçün soyuqdəymə kimi xəstəliklərə yoluxmaq riskini azaldaraq immunitet sisteminin nizamlı işini təmin edər.

Alzheimerə yaxşı təsir edir

Bədənimizdə olan sərbəst radikallar, yaşlanma müddətini sürətləndirən hüceyrələrdir. Sarımsaq isə bu hüceyrələrin qarşısını alaraq yaşlanmağı yavaşladır və beləliklə yaşla birlikdə ortaya çıxan Alzheimer xəstəliyinə tutulma riskini azaldır.

Zəhərlənmələrə qarşı qoruyur

Sarımsaq, əsrlərdir zəhərlənmələrə qarşı mübarizədə əhəmiyyətli bir qida olmuşdur. Sarımsaq zəhərlənmədən zərər görmüş orqanları müalicə etməkdə istifadə edilər.

Sümükləri gücləndirir

Sarımsaq, sümükləri gücləndirir, menopozla birlikdə ortaya çıxan sümük əriməsinin qarşısını alır.

İltihab və bakteriyaları öldürür

Sarımsaq, maddələr mübadiləsini bakteriya və viruslardan qoruyaraq infeksiyadan qaynaqlanan xəstəliklərin meydana gəlməsinə maneə törətməyə kömək olur. Sarımsağın təbii bir antibiotik xüsusiyyəti də vardır.

Yorğunluğu aradan qaldıraraq güc verir

Sarımsağın, yorğunluğu aradan qaldırmaq və əzələləri boşaldıb rahatlaşdırmaq kimi xüsusiyyəti var. Edilən məşqlərdən sonra sinədə ürəyin olduğu yerə sarımsaq yağı ilə masaj edilərsə, məşq sonrası ürəyin daha az yorulmasını təmin edər.