Əsas səhifə / Manşet / SARIMSAQ deyib keçməyin.
Bizi mobildən daha sürətli  izləyin

SARIMSAQ deyib keçməyin.

sarimsaq

SARIMSAQ deyib keçməyin.

Uzun illərdir mətbəximizə daxil olan sarımsaq orta əsrlərdə daha çox epidemiya xəstəlikləri (xolera, vəba kimi) ilə mübarizədə istifadə edilmişdir. Antiseptik, sidik artırıcı, öd sekresiyalarını artırıcı, soxulcan salıcı (xüsusilə askarit), iştah açan, təzyiq (qan təzyiqi) və xolesterol salıcı, qanı sulandırıcı və immunitet sistemini gücləndirici təsirlərə malikdir.

Antiseptik və immunitet sistemini gücləndirici təsiri tarixçi Herodota görə köhnə misirlilər tərəfindən də bilinməkdə idi. Çünki Misirlilər piramidaların istehsalında işlətdikləri işçilərə hər yemək zamanı sarımsaq, soğan və turp yedirirdilər.

II Dünya Müharibəsi əsnasında yaralandıqları zaman yaralarının mikrob yığmaması üçün əzərək yaranın üzərinə qoyulmaq şərtilə rus əsgərlərinə sarımsaq verilmişdir.
İstifadə qaydaları: Qurd və ya soxulcan salıcı olaraq qabığı soyulmuş olan bir sarımsaq dişi bir dilim çörəyə qüvvətlə sürtülür və sarımsaq şirəsinə hopmuş çörək dilimi daxilə qəbul edilir. Eyni məqsəd üçün sarımsaq siropu da istifadə edilir.

100 gr parçalanmış sarımsaq, 200 gr su və 200 gr şəkər ilə 1 gün gözlədildikdən sonra yaxşıca qarışdırılıb süzülür.

Əldə edilən siropdan gündə 2-3 yemək qaşığı içilir. Bundan əlavə təzə sarımsaq sıyıq halında yara üzərinə də qoyulur.

Sarımsaq xüsusilə saç xəstəliklərinin (saçqıran və s.) müalicəsində istifadə edilərək saç diblərinə sürtülür.

Təzyiq salıcı olaraq 10 qr sarımsaq başı əzilir, üzərinə 10 qr spirt əlavə edilir, qarışıq 1 gün saxladıldıqdan sonra nazik bir cuna vasitəsilə və ya süzgəclə süzülür. Əldə edilən məhluldan gündə 3 dəfə 15-30 damcı qəbul edilir.
Sarımsağın, mədə və bağırsaqları gücləndirici, mikrobları və virusları yox edici təsiri olduqca əhəmiyyətlidir. Əvvəlcə qıç, göz arxası və beyin damarları olmaq üzrə, bütün damarları genişlədərək, daha yaxşı qidalanmalarını və beləcə kirəcləşməmələrini təmin edir. Eyni zamanda qan təzyiqini (hiper təzyiq) müvəffəqiyyətlə aşağı salır, xolesterol səviyyəsini normallaşdırır və damar iltihabı (tromboz-tromboflebit ) meydana gəlməsini önləyir. Sarımsaq, orqanizmi və immunitet sistemini gücləndirir və xəstəliklərə qarşı qoruyur.

Sarımsaq salat və yeməklərə qarışdırılaraq və ya südlə içilərək, qoxulu və ya qoxusuz sarımsaq həbləri şəklində istifadə edilə bilər.

Buna da baxın

Cavanlıq iksiri

Whatsapp ilə Paylaş Hindistanda qədim dövrlərdən bəri qadınlar cavanlıq və gözəlliyin sirlərini araşdırmışlar. Hisdistanlılar araşdırmalar …