Əsas səhifə / Manşet / Sarımsaq turşusu
Bizi mobildən daha sürətli  izləyin

Sarımsaq turşusu

sar

Sağlamlıq üçün həddən artıq faydası olan sarmısaq qışda da istifadə edilir.

Bu dəfə xanımlar üçün sarmısaq turşusunun hazırlanma qaydasını təqdim edəcəyik.

1 litrlik banka üçün

Ərzaqlar:

10 baş sarımsaq (təxminən yarım kilo)
4 ədəd dəfnə yarpağı
4 ədəd mixək
5-6 ədəd yumru qara istiot
2 xörək qaşığı iri duz
Təxminən 2 stəkan üzüm sirkəsi

Hazırlanması:

Sarımsaq başlarının üst bir neçə lay qabığını soyun. Elə edin ki, dişlər ayrılmasın, baş bütov qalsın.

Sarımsağı bankaya yığın. İçinə dəfnə yarpağı, mixək və istiotu əlavə edin. Sirkə tökün.

Bankanı bağlayın. Ehmallıca o tərəf bu tərəfə döndərin ki, ədvalar yayılsın. Bankanı sərin yerə qoyun.Turşu təxminən 2 aya hazırdır.

Qeyd: Sarımsaq bankalarda 2 il belə qala bilər. Nə qədər çox qalsa, bir o qədər dadı yaxşı olar.

Buna da baxın

Dırnaq yemək vərdişinin Səbəbləri və həlli

Whatsapp ilə Paylaş Ümumiyyətlə uşaqlarda 3-4 yaşlarından etibarən görülə bilən dırnaq yemə davranışı, yetkin insanlarda …