Bizi mobildən daha sürətli  izləyin

Şarlotta tortu

Tərkibi:

  • (2 rület hazırlamaq lazımdır.)
  • Bir rület üçün lazım olan ərzaqlar:
  • 3 yumurta
  • 70 qr şəkər tozu
  • 10 qr vanil
  • 80 qr un
  • 100-120 qr cem (zövqə görə)

Krem:

  • 250 qr çiyələk
  • 120-140 qr şəkər tozu
  • 400 qr qaymaq 30%-li
  • 15 qr jelatin
  • 70 qr su

Hazırlanması:Yumurta, şəkər tozu və vanili əlavə edərək qarışdırın. Unu az-az əlavə edərək qarışdırın. Daha sonra 200 dərəcə isidilmiş sobada 8-10 dəqiqə bişiririk. Bişirdiyimiz biskiviti üz üstə çevirib 15 dəqiqə soyumasını gözlədikdən sonra kalkanı çıxarın. Biskivitin üzərinə cem çəkib rületi bükürük. Ruleti kalka ilə büküb soyuducuda 1 saat gözlədirik. Digər ruleti də eyni qayda ilə bişiririk. Jelatini su ilə qatıb qarışdırırıq.Bir qaba salafan yerləşdirib 2 sm qalınlığında kəsdiyimiz ruletləri sırayla qaba düzürük. Çiyələyi blenderlə əzirik.Şəkər tozu əlavə edib qarışdırırıq. Qazana əlavə edib 5 dəqiqə ocaqda bişiririk. Jelatini isti çiyələyə əlavə edərək qarışdırırıq. Çiyələk cemini qaymağa əlavə edib qarışdırırıq. Əvvəlcədən qaba yerləşdirdiyimiz rületlərin mərkəzi hissəsinə kremi tökürük. Üst hissəsinə də artıq qalan rületləri düzərək, üzərini salafanla büküb 5-6 saat soyuducuda dondururuq. Daha sonra qabdan çıxararaq servis edəcəyiniz qaba köçürə bilərsiniz.

Nuş olsun!

Buna da baxın

Yumurta qaynatdığınız suyun inanılmaz faydaları

Whatsapp ilə Paylaş Yumurta qaynatdığınız suyun faydası: Qaynadılmış yumurtanın sağlamlığımız üçün olduqca faydalı olduğunu onsuz …