Bizi mobildən daha sürətli  izləyin

Şaurma

Şaurma

89349478_21

 Tərkibi:

300-350 qram toyuq əti
200 qram xama və 200 qram mayonez
Zövqə görə 1 və ya 2 diş sarımsaq (əzilmiş)
Ədviyyatlar, duz, istiot.
Keşniş göyərtisi (narın doğranmış)

5-6 ədəd orta irilikdə kartof və 3-4 ədəd duzlu xiyar.

Hazırlanması:

Sous:

Toyuq ətini nazik-nazik doğrayıb, ədviyyatları, duz-istiotunu vururuq. Sonra tavada azca duru yağda vam odda qızardırıq. Ayrıca qabda xamanı, mayonezi, sarımsaq və keşnişi qarışdırıb qızarmış ətin üstünə tökürük. 10 dəqiqəyə qədər aramsız qarışdırırıq. Sous qaynara düşmək istəyəndə tavanın altını keçiririk.

Kartofu nazik – uzun doğrayıb bol yağda qızardırıq. Dayaz boşqaba kartof yığıb üstünə ətli sousu əlavə edirik. Çörəyin, ya da lavaşın arası açılır, kartof düzülür, üstünə ətli sous və duzlu xiyar qoyulur və dürmək tək bükülür. Evdə toster varsa onda isitmək olar, yoxdursa,ağzı bağlı tavada o üz, bu üz qızartmaq olar.

 

Nuş olsun!!!

Buna da baxın

Piroqun şişməsi üçün məsləhətlər

Whatsapp ilə Paylaş Bir çox xanımlar bişirdiklərin piroqun istədikləri kimi şişməməsindən şikayətcidirlər. Reseptə riayət etsələr də eyni …