Əsas səhifə / Əsas menu / Praktika / Saxta ətirlərdən qorunun
Bizi mobildən daha sürətli  izləyin

Saxta ətirlərdən qorunun

parfume-murah1

Saxta ətirlərdən qorunun

Şübhəsiz ki, heç kəs baha qiymətə saxta ətir almaq istəməz. Lakin müasir dövrdə saxta ətirlərə bahalı mağazalarda da rast gəlmək mümkündür. Bu əsasən tanınmış brendlərin saxtası olur. Geniş çeşidlər arasında əsl parfümü saxtadan ayırmaq çətin olur. Amma biraz diqqətli olsaq saxta ətirləri asanlıqla ayıra bilərik. Saxta ətirlərin üç növü var – kopiya, versiya, variasiya:

1. Kopiya-orijinala ən yaxındır. Adı, qablaşdırma, flakon və iyi orijinala oxşayır.

2. Versiya– yalnız orijinal ətrin iyini imitasiya edir. Çox zaman belə ətirlər orijinal kimi qablarda olmur. Belə ətirlərin tərkibində bahalı komponentlər olduğu üçün onu ətrin əslindən ayırmaq olduqca çətindir.

3. Variasiya-bu da öz ətrinə, flakonun formasına, qablaşdırmasına görə orijinala oxşayır. Lakin orijinal ilə variasiya arasında çox böyük fərq var. Bu fərq ilk baxışda nəzərə çarpmır. Qablaşdırmanı diqqətlə oxuduqda, bir və ya iki hərfin fərqləndiyini görmək olar. Məsələn, “ Lacoste” əvəzinə “Lakoste” ola bilər.

 

Ətirləri tanınmış mağaza və butiklərdən almaq məsləhət görülür. Əgər siz yaxınlıqda yerləşən mağazadan və ya bazardan ətir almaq fikrindəsinizsə, orijinal olacağına ümid etməyin. Belə saxta ətirlərin yayılmasının əsas səbəbi qənaət etmək istəyidir. Ona görə də aldığınız ətrin qiyMətinə diqqət edin. 50%-dən çox ucuz olan ətrin orijinal olması artıq şübhəlidir. İnternet mağazalar istisna ola bilər. Belə ki, burada əlavə vergi olmadığı üçün qiymətlər mağazalardan ucuzdur. Lakin burada da 25-30%-dən çox endirim ola bilməz. Saxta ətirlərin satışının ikinci yolu belə adlandırılan “gömrük müsadirəsi” və ya lisenziyasız buraxılışdır. Belə şəkildə satıcılar ətirlərin saxta olmasını gizlətməyə çalışırlar. Tanınmış ətir istehsalçıları qablaşdırmaya qənaət etmirlər. Bu orijinal ətirlərin əsas fərqləndirici cəhətidir. Tanınmış brendləri heç vaxt ucuz qablaşdırmada satmırlar. Qablaşdırma əla keyfiyyətli, hamar kartondan hazırlanır. Yazılar aydın, hamar olur. Aşağıdakılar mütləq olmalıdır:

barkod-300x157

Qaytarılan qablaşdırmanın qeydiyyat nişanı (qablaşdırmada iki dairə formasında oxlar olmalıdır);
Ştrix kod. Ilk 2-3 rəqəm istehsalçı ölkəni bildirir;

Partiya nömrəsi. Bu kiçik detala xüsusi diqqət yetirmək lazımdır. O, aydın basılmalı və ya qara rəngli kursivlə yazılmalı və flakonun alt tərəfində olan nömrəylə uyğunluq təşkil etməlidir;

Kompaniyanın loqotipi aydın, keyfiyyətli şriftlə yazılmalıdır. Adətən saxta ətirlərin üzərində loqotip yapışdırılır, orijinalda isə qabın üzərində çap olunur.

Ətrin adı. Saxta ətri bu cəhətinə görə asanlıqla ayırmaq mümkündür. Məsələn Fransada “parfume” sözünün sonunda e olmur. Qablaşdırmanın üzərində “Made in France” əvəzinə “France” yazılıbsa saxtadır. Belə ətirlərin qablarında loqotiplər ya aydın olmur, ya da silinmiş şəkildə olur.

Selofan. Adətən qablaşdırmanın üzərinə selofan çəkilir. Bu selofan qaba bərk yapışır və kənarlardan bağlı olur. Bir çoxları bilir ki, əgər selofan zədələnibsə və ya üzərində aşkar yapışqan izləri varsa saxta ətirdir. Lakin selofan yoxdursa saxta olduğu anlamına gəlmir. Bəzən brend ətirlərin də qablaşdırması selofansız ola bilir.

Karton. Qablaşdırma səliqəli olmalı, üzərində zədə izləri olmamalı, yüksək keyfiyyətli texnika ilə hazırlanmalıdır. Bəzi mağazalarda tester ətirlər olur. Onların qablaşdırmasını yoxlamaqla saxta və ya orijinal olduğunu müəyyən etmək olar.Ətrin içində pulverizator varsa, onun da quruluşuna görə saxtalığı yoxlamaq mümkündür. İlk növbədə onun ətrafında metal halqa olmalıdır. Ikinci isə o flakonun içində çox uzun olduğu üçün əyilibsə bu da saxtalıq əlamətidir. Flakon qablaşdırmanın içində ideal yerləşməli, heç bir tərəfdən tərpənməməlidir.

Flakon. Ətrin flakonu keyfiyyətli şüşədən hazırlanmalı, üzərində heç bir əyrilik olmamalıdır. Həmçinin şüşə aydın olmalıdır. Təkcə flakona deyil, onun içində olan maye də şəffaf olmalıdır.

İndi isə əsas məsələ mayenin rənginə görə ətrin saxta olduğunu necə müəyyən etməkdir. Çox vaxt onun rəngi açıq rənglərdən tünd sarıya kimi olur. Bəzən ətirlərə rəngləndirici piqment qataraq onun rəngini çəhrayı, bənövşəyi və ya yaşıla çevirmək mümkündür. Lakin bu rənglər əsasən açıq və aydın olur.

Saxta ətri ayırmağın ən asan yolu onu soyuducuya qoymaqdır. Mayenin rəngi bulansa demək saxtadır. Flakon və qablaşdırmada mütləq onun həcmi (millilitr) göstərilir. Flakonun üzərində rəng olarsa bu saxta ətirdir. Belə ki, orijinal ətrin flakonu əgər rəngli olmalıdırsa onu rəngli şüşədən hazırlayırlar. Rənglənmiş şüşə saxtalığın əlamətidir.

Buna da baxın

Kişilər qadınlarda bunları bəyənmir…

Whatsapp ilə Paylaş Baxımlı xanımlar vaxtlarının çox hissəsini gözəllik salonlarında, güzgü qarşısında keçirməklə bununla həyatlarındakı …