Əsas səhifə / Əsas menu / Sağlamlıq / Şəkər xərçəng yaradır
Bizi mobildən daha sürətli  izləyin

Şəkər xərçəng yaradır

seker

Çay, qəhvə, şirniyyat və həddindən çox meyvə yemək orqanizmdə şəkəri artırır və  ciddi xəstəliklərin yaranmasına səbəb olur. İnsanın ehtiyacından çox qəbul etdiyi şəkər, beldə yağlanmaya və nəticədə isə xərçəng xəstəliyinin yaranmasına şərait yaradır.

Qadınklubu.com prof. Soley Bayraktarın şəkər və xərçəng haqqında məlumatını təqdim edir.

Şəkərin miqdarı vacibdir

Bədəndə xərçəng hüceyrələri də daxil olmaqla bütün hüceyrələrin şəkərə ehtiyacı var. Ancaq şəkərə səbəb həm də artıq çəkidir. Xüsusilə də beldəki yağlanma xərçəngə təsir edə bilər. Lazım olandan çox şəkər qəbul etmək, insanı kökəldə  və xərçəng riskini artıra bilər. Bunun qarşısını almaq və hüceyrələrin normal funksiyalarını davam etdirə bilməsi üçün şəkərə də ehtiyac vardır. Qidalanan zaman şəkəri normada istifadə etməli, bu ehtiyacı xüsusilə meyvə və tərəvəz vasitəsilə qəbul etmək lazımdır.

Yemək və içkilərdə olan şəkər təhlükəsi 

Şəkəri normada qəbul etməyi bilmək çox vacibdir. Əvvəlcə konservləşdirilmiş məhsulların tərkibini diqqətli oxuyun. Şəkərin fruktoz, laktoz, sükroz, qlükoza və dekstroz kimi digər formaları da var. Bu birləşmələrin olduğu məhsulları alarkən diqqətli olmalı və miqdarına baxmaq lazımdır.

Təbii şəkər seçin

Bəhməz və bal kimi təbii şəkərlər, dadlı olmaqla yanaşı antiosid ilə də zəngindir. Ancaq kalori miqdarı digərləri ilə eynidir. Qısası, günlük qəbul etdiyimiz şəkər miqdarı normadan kənara çıxmamalıdır. 

Təbii olmayan şəkərdən qaçın

Bəzi araşdırmalara görə xərçəngə səbəb kimi düzəldilmiş şəkər məhsulları göstərilsə də, tam olaraq bu ehtimal isbat edilməyib. Ancaq hazırlanmış şəkər məhsullarından mümkün olduqca uzaq durmalı, təbii şəkər məhsullarına üstünlük vermək tövsiyyə olunur.

Şəkərlə bağlı əhali arasında bir fikir yaratmalı

Şəkərin azaldılması, bel nahiyyəsində yığılan yağların qarşısını almaq deməkdir. Bu vəziyyət də xərçəngdə risk faktorlarından birinin azalması deməkdir. Kiçik yaşlardan etibarən insanlarda bu mövzuda ictimai bir fikir yaradılması, xərçənglə mübarizədə vacib bir addım deməkdir.

Buna da baxın

Bir boşqab qarpız yesəniz…

Whatsapp ilə Paylaş Bir boşqabında 50-60 kalori olan qarpız, yayda həm sərinlik verir, həm də …