Əsas səhifə / Əsas menu / Qadın psixologiyası / “Selfie xəstəlikdir”
Bizi mobildən daha sürətli  izləyin

“Selfie xəstəlikdir”

Blue Swimsuit self portrait
Blue Swimsuit self portrait

“Selfie xəstəlikdir”

Amerikalı psixoloqlar “selfie” şəkillərini paylaşanlarla bağlı rəyini açıqlayıb.

Son zamanlar sosial şəbəkə saytlarında “selfie” (şəxsin özünü çəkdiyi) şəkilləri paylaşmaq dəb halını alıb. Bu dəbin bütün dünyada geniş yayılması psixoloqları da bu barədə düşünməyə vadar edib.

Amerikan Psixoloqlar Dərnəyi rəsmi olaraq “selfie”nin və bu şəkilləri sosial şəbəkədə paylaşmağın ruhi pozğunluq əlaməti olduğunu açıqlayıb.

Dərnək Çikaqoda keçirilən illik idarə heyətinin konfransında bu psixi pozğunluq “selfitis” olaraq adlandırıb. Psixoloqlar şəkilini çəkib sosial şəbəkədə paylaşmağın obsessiv kompulsiv bir meyl olduğunu və bunu şəxsin özünə inamsızlığını aradan qaldırmağın bir yolu olaraq göstərib.

Bu ruhi pozğunluğun 3 səviyyəsi olduğu bildirilib:

1 – “Borderline selfitis”: (Bu xəstəliyin sərhədində olmaq) – Şəxsin öz şəkilini gündə ən az üç dəfə çəkməsi, amma sosial şəbəkədə paylaşmaması;

2 – “Acute selfitis”: (Bu xəstəliyin irəliləməsi) – Şəxsin öz şəkilini gündə ən az üç dəfə çəkməsi və hər birini gündə 3 dəfə sosial şəbəkədə paylaşması;

3 – “Chronic selfitis”: (Bu xəstəliyin xroniki hal alması) – Nəzarət edilə bilməyəcək dərəcədə şəxsin öz şəkilini gecə-gündüz ard-arda çəkməsi və gündə altı dəfədən çox sosial şəbəkədə paylaşması.

Onu da qeyd edək ki, psixoloqlar bu xəstəliyin hələ müalicəsi olmadığını, lakin idrak davranış terapiyası ilə müvəqqəti bir müalicə edilə biləcəyini vurğulayıb.

Buna da baxın

Bu xəstəlik qadınları sevir!

Whatsapp ilə Paylaş Hər yerim ağrıyır, yuxum qaydasında deyil, səhərlər yorqun oyanıram, heç cür dincələ …