Bizi mobildən daha sürətli  izləyin

SELFİMANİYA

2014-11-13-yilin-selfiesi

SELFİMANİYA

Müasir cavanlar müxtəlif yerlərdə və vəziyyətlərdə öz şəkillərini çəkməyi və sosial şəbəkələrdə paylaşmağı xoşlayır.
Bu yeni hobbinin adı “selfi”dir (ingilis dilində “self” – özü, özüm). Təbii ki, insan arabir selfi çəkəndə (məsələn, səyahət zamanı, təzə yerlərə gedəndə, məclislərdə, şənliklərdə və s. ) bu normaldır.
Lakin insanlar var ki, bunu həddən artıq tez-tez edir və bu da onlarda asılılıq yaradır – insan yeni və yeni şəkilləri çəkmək və internetdə paylaşmaq istəyir, bəyənmə “like” yığmaq istəyir və artıq dayana bilmir.
Maraqlı, qeyri-adi şəkillər çəkmək üçün bəzi insanlar özlərini təhlükə altına salır – hündürmərtəbəli binaların damlarının qıraqlarında, körpülərdə, hətta hərəkət edən qatarların damlarında selfi çəkir. Xaricdə selfi-dən asılılıq dəfələrlə ölümlərə və intiharlara səbəb olub.

Bütün sadaladığımız artıq zərərsiz hobbi deyil, bu psixiki pozulmanın yeni növü “selfimaniya”dır. Amerika psixiatrlar assosiasiyası “selfimaniya”nı psixiki pozulma kimi təsdiq edib. Psixiatrların müşahidələrinə görə, bu pozulma insanda mərhələli şəkildə inkişaf edir.

İlkin mərhələdə (epizodik) insan hər gün 1-3 selfi çəkir və bu zaman onları sosial şəbəkələrdə paylaşmır.
İkinci mərhələdə (kəskin) insan hər gün 3 selfidən az olmayaraq çəkir və onları aktiv şəkildə sosial şəbəkələrdə paylaşır.

Üçüncü mərhələdə (xroniki) insan gündə 6 dəfədən az olmayaraq selfi çəkir və bütün selfiləri internetdə yerləşdirir.

2-ci və 3-cü mərhələdə artıq mütəxəssisin köməyinə ehtiyac yaranır. Özündə belə asılılığı müşahidə edən insan mütləq psixoloqa (psixoterapevtə) müraciət etməlidir. Əks halda bu çox pis fəsadlara səbəb ola bilər.

Buna da baxın

Bu xəstəlik qadınları sevir!

Whatsapp ilə Paylaş Hər yerim ağrıyır, yuxum qaydasında deyil, səhərlər yorqun oyanıram, heç cür dincələ …